Paşinyan babası haqda məlumatları saxtalaşdırmaq istədi ALINMADI

Siyasət 14:49 28.05.2020

Ermənistanın Xarici İşlər Nazirliyi bu ölkənin Baş naziri Nikol Paşinyanın babasının İkinci dünya müharibəsi illərində nasistlərlə əməkdaşlığı haqqında yayılan informasiya səbəbindən başlamış qalmaqalı aradan qaldırmağa çalışıb.

Ancaq Ermənistan rəsmilərinin qalmaqallı nəşrləri təkzib etmək üçün yaydıqları məlumatlar bu dəfə də dezinformasiya olub.
 
EDNews.net info24.ru-ya istinadən xəbər verir ki, Qələbə gününün 75-ci ildönümü ərəfəsində N.Paşinyan sosial şəbəkədə babası – Nikol Paşinyanın fotosunu paylaşaraq “138-ci diviziyanın 554-cü atıcı alayında xidmət etdi. Vətən uğrunda həlak olanların əbədi xatirəsinə” sözlərini yazıb.
 
Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə yaradılan və Böyük Vətən müharibəsində həlak olanlar haqqında məlumatların toplandığı “Memorial” məlumat bankında Nikol Vartanoviç Paşinyan haqqında informasiya var. Həmin məlumat bankının materiallarına əsasən, Paşinyanın babası əsir düşüb, “düşmənlə əməkdaşlıq edib” və Ukraynanın qərbində Zvyaqeldə (hazırda Novoqrad-Volınskiy) vəfat edib.
 
Həmin qalmaqallı informasiyanı düzəltmək üçün Ermənistan XİN-i guya baba Nikol Paşinyanın adında qarışıqlıq yaranması barədə dəlil irəli sürüb. Nazirliyin bəyanatına görə, Yenekovan kəndindən iki nəfər - faşistlərlə əlbir olmaqda ittiham olunan Nikol Vartanoviç Paşinyan və erməni baş nazirin babası Nikol Arakeloviç Paşinyan cəbhəyə yollanıb. “Onun adını Rusiya MN-nin məlumat bazasında Qırmızı ordunun çavuş rütbəsi ilə də tapmaq olar”, - deyə Ermənistan XİN-in bəyanatında deyilir.
 
Ancaq bunun əksinə olaraq, “Memorial”da yalnız bir Paşinyan – nasistlərlə əməkdaşlıq edən Nikol Vartanoviç Paşinyan haqqında məlumatlar var. Nikol Arakeloviç Paşinyan haqqında isə axtarış nəticə verməyib. Bazada Paşinyan soyadı olan çox insan var, ancaq Nikolay adlı və 1913-cü il təvəllüdlü yalnız bir nəfərin – Nikolay Vartanoviç Paşinyanın məlumatları erməni baş nazirin babasının məlumatları ilə üst-üstə düşür.
 
“Nikolay Arakeloviç Paşinyan” sözləri üzrə axtarış zamanı “Xalqın yaddaşı” saytında bu məlumatların olduğu səhifə üzə çıxır. Ancaq Google-un keş yaddaşında Ermənistanın baş nazirinin babası ilə bağlı “rəsmi” informasiyanın olduğu səhifənin mayın 26-da silindiyi görünür. “Xalqın yaddaşı” saytı üzrə axtarış da Nikolay Arakeloviç Paşinyanla bağlı heç bir məlumatı üzə çıxarmır.
 
Yaddaşda saxlanılan səhifə Paşinyanın babası haqqında rəsmi məlumatların təsdiqlənməsi mərhələsində ola bilər, ancaq bu səhifə uzun müddət “yaşaya bilməyib”. Belə ki, saytın moderatorları məlumatların düzgünlüyünü yoxlayarkən səhifəni siliblər. Belə olan halda isə, saytda müharibə iştirakçılarının məlumat bazasında Nikolay Arakeloviç Paşinyan haqqında heç bir informasiya yoxdur.
 
Paşinyanın babası kiminlə vuruşub?
 
Müharibə zamanı 1913-cü il təvəllüdlü Nikol Paşinyandan bir müddət xəbər alınmayıb. Daha sonra isə onun düşmən tərəf keçdiyi məlum olub. Ermənistanın baş nazirinin babası Qaregin Njdenin rəhbərlik etdiyi SS legionunun tərkibinə keçmişdi. Bu legion isə nasist Almaniyası üçün döyüşürdü.
 
“Bu həmin insandır ki, müharibə vaxtı deyirdi: “Almaniyaya görə ölən Ermənistan üçün ölür”. Bu həmin insandır ki, təxribatçı fəaliyyəti çoxsaylı qurbanlara səbəb olmuşdu və təsadüfi deyil ki, müharibədən sonra SMERŞ tərəfindən həbs olundu, 25 il həbsə məhkum edildir və Vladimir həbsxanasında öldü”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev Qaregin Njdeni xarakterizə edib.
 
Ermənistanın Baş naziri çıxışlarında açıq-aşkar Qaregin Njdenin hərəkətlərinə haqq qazandırmağa çalışıb. Yerevanda rusiyalı jurnalistlərlə görüşündə Njdeni İvan Baqramyan və Vyaçeslav Molotovla müqayisə edib.
 
MDB ölkələrinin zirvə sammitində Azərbaycan prezidenti nasizmin qəhrəmanlaşdırılmasının yolverilməz olması məsələsini qaldırdı və Paşinyanın Njde haqqında dediklərini nümunə gətirdi.
 
Ünvanına səsləndirilmiş tənqidi şərh edən Paşinyan bu dəfə Njdeni yazıçı Aleksandr Soljenitsınla müqayisə edərək onların hər ikisinin düşərgə əsiri olduqlarını bildirmişdi.
 
“Soljenitsını faşistlərin əlaltısı ilə müqayisə etmək – sinizmin zirvəsidir”, - deyə İlham Əliyev sonda qeyd etmişdi. (qafqazinfo)
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO

Xəbər xətti

Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
Hamısı