“Tərəvəz və kartof əkən sakinlərə hər hektara görə 300 min dram(təxm. 612 dollar) vəsait verilir. Ötən il bu, 200 min dram(təxm. 408 dollar) təşkil edib...”
EDNews.net moderator.az-a istinadən xəbər verir ki, Ermənistan saytlarının yaydığı məlumata görə, bunu Azərbaycanın işğal altındakı torpaqlarında qondarma separatçı-terrorçu rejimin kənd təsərrüfatı işlərinə nəzarət edən qurum rəhbərinin müavini Vilen Avetisyan söyləyib.
Separatçı erməni məmurun sözlərindən bəlli olur ki, qondarma rejim ermənilərin Azərbaycan Respublikası torpaqlarının 20 faizində əkin-biçin işləri aparması üçün əlindən gələni edir. Meyvə yetişdirənlərə pulsuz ting, taxıl, tərəvəz becərənlərə toxum, gübrə və s. paylanır...
V. Avetisyanın sözlərinə görə, Azərbaycan torpağında yaşayan ermənilər özlərini taxılla 100 faiz təmin edir...