Avstraliya Dağlıq Qarabağdakı qondarma seçkini tanımır | Eurasia Diary - ednews.net

6 İyul, Bazar ertəsi


Avstraliya Dağlıq Qarabağdakı qondarma seçkini tanımır

Siyasət A- A A+

Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ bölgəsində qeyri-qanuni olaraq "prezident seçkisi" və qədim şəhərimiz Şüşada "andiçmə" şousunun keçirilməsi dünyada fəaliyyət göstərən diaspor təşkilatlarının və soydaşlarımızın hiddətinə səbəb olub.

EDNews.net  xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, bu günlərdə azərbaycanlıların diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrin dövlət və hökumət strukturlarına, eləcə də nüfuzlu beynəlxalq təşkilatlara ünvanladığı çoxsaylı müraciətlərdə Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistanın himayəsi altında cinayətkar rejimin atdığı addımların Azərbaycan Konstitusiyasına və beynəlxalq hüquq normalarına, eləcə də münaqişə ilə bağlı aparılan sülh danışıqlarına zidd olduğu vurğulanıb.

Avstraliya-Azərbaycan Assosiasiyası (AAA) tərəfindən Avstraliya hökumətinə ünvanlanan məktubda işğal altında olan Dağlıq Qarabağda qeyri-qanuni şəkildə fəaliyyət göstərən erməni separatçılarının beynəlxalq hüquq normalarına və beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymamasına diqqət cəlb edilib.

Avstraliya hökumətinin Xarici İşlər və Ticarət Departamentinin AAA prezidenti Mikayıl Oytaya cavab məktubunda bildirilib ki, Avstraliya hökuməti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır. Məktubda Avstraliya hökumətinin martın 31-də erməni separatçıları tərəfindən keçirilən qondarma seçkiləri də tanımadığı və ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunması istiqamətində cəhdlərini dəstəklədiyi qeyd olunub.(report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...