Azay Quliyev QHT və qrant haqqında qanunun dəyişdirilməsini - TƏKLİF ETDİ | Eurasia Diary - ednews.net

6 İyul, Bazar ertəsi


Azay Quliyev QHT və qrant haqqında qanunun dəyişdirilməsini - TƏKLİF ETDİ

Siyasət A- A A+

QHT və qrant haqqında qanunlara dəyişiklik edilməsi, ümumiyyətlə QHT qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı həm Milli Məclisdə, həm cəmiyyətdə mütəmadi olaraq aparılan müzakirələrə münasibət bildirmək istəyirəm. Mən prinsip etibarilə bu istiqamətdə qanunvericiliyə yenidən baxılmasında və günün tələbinə uyğun dəyişiklərin edilməsində problem görmürəm.

EDNews.net-in  məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azay Quliyev bildirib.

A.Quliyev qeyd edib ki, cənab Prezidentin bu ilin fevralın 27-də təsdiq etdiyi Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planında vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin qanunvericilik bazasının  genişləndirilməsi ilə bağlı bir sıra müddəalar var:

“Bu gün həqiqətən də QHT-lərin fəaliyyətinin dayanıqlı olması və onların maliyyə mənbələrinin şaxələndirilməsi üçün qanunvericilikdə müvafiq dəyişikliyin edilməsinə ehtiyac var.

6-7 il bundan qabaq QHT qanunvericiliyinə edilən dəyişiklikdən sonrakı dövrü soyuqbaşla analiz etdikdə görərik ki, milli təhlükəsizliyimizin və ictimai-siyasi sabitliyin qorunması, qeyri-qanuni və qeyri-şəffaf fəaliyyətin qarşısının alınması, QHT sektorunda nizam-intizamın yaradılması baxımdan bu dəyişikliklərin çox mühüm rolu oldu.

Lakin etiraf etməliyik ki, bəzi prosedur xarakterli dəyişikliyin bir qismi milli və dövlətçilik mövqeyində olan QHT-lərin maliyyə təminatına və dayanaqlığına mənfi təsir etdi.  Halbuki, xarici dairələrin sifarişlərini yerinə yetirən bəzi QHT-lər və marginal qruplar  müxtəlif vasitələrlə, xüsusilə 3-cü ölkələr üzərindən qeyri-şəffaf yollarla yenə də əvvəlki həcmdə qrant vəsaitləri almaqda davam edirlər.

Ona görə də vəziyyəti düzgün analiz edib, pandemiyanın gətirdiyi reallıqları, ölkədə aparılan köklü islahatları və xüsusilə siyasi islahatların mahiyyətini nəzərə alaraq, qanunvericilikdə müvafiq dəyişikliyin edilməsi və qrant alma prosedurlarının sadələşdirilməsi yollarını tapmalıyıq. (modern.az)

Elə bir formula tapmalıyıq ki,  burada  həm milli maraqlar tam şəkildə qorunsun, həm də xarici təsirdən kənar, dövlətinə və millətinə bağlı olan QHT-lərin maliyyə və davamlılıq problemləri həll olunsun”. 

Deputat QHT-lərdən tələb olunan iki mühüm vəzifəni də xatırladıb:

“QHT-lər tərəfindən qrant vəsaitlərinin alınması və xərclənməsində qanunçuluq,  şəffaflıq və hesabatlıq əsas prinsip olmalıdır. Hamı bilməlidir ki, bu prinsiplərdə heç kimə güzəşt olunmayacaq,  2013-cü ilə qədər olan qapalı və qeyri-şəffaf mühitə bir də qayıdılmayacaq.

QHT-lər hakimiyyət uğrunda gedən mübarizədə iştirak etməməli,  siyasi partiyaların əlavəsi və ya filialları kimi fəaliyyət göstərməməlidir. 

QHT-lər əksinə siyasi partiyaların fövqündə durub onların fəaliyyətinə ictimai nəzarəti həyata keçirməyi bacarmalıdırlar. Bu gün cənab Prezidentin təşəbbüsü ilə aparılan siyasi dialoqa, ölkədə vətəndaş anlaşmasının və ictimai barışın daha da dərinləşməsinə  və vətəndaş cəmiyyətinin güclənməsinə  daha çox töhfə  verməlidirlər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...