Kamran Əliyevin işdən çıxardığı kürəkəninə vəzifə verildi | Eurasia Diary - ednews.net

10 İyul, Cümə


Kamran Əliyevin işdən çıxardığı kürəkəninə vəzifə verildi

Siyasət A- A A+

Baş Prokuror Kamran Əliyevin işdən çıxardığı kürəkəni Orxan Nuriyevin hansı dövlət qurumunda vəzifəyə təyin olunduğu məlum olub.

Səbail rayon prokurorunun müavini olan Orxan Nuriyev K.Əliyevin əmri ilə bu vəzifədən azad olunduqdan sonra Dövlət Təhülkəsizlik Xidmətində fəaliyyətə başlayıb.

O.Nuriyev DTX-nın İstintaq Şöbəsinin rəisi təyin olunub.

Qeyd edək ki, O.Nuriyevin bu vəzifədə, ümumiyyətlə, prokurorluq orqanlarında işləməsini qanunvericilik qadağan edib. “Korrupsiyaya qarşı mübarizə” haqqında qanun 7-ci maddəsi yaxın qohumların birgə işləməsinə yol verilməyən halları müəyyən edir. Bu maddədə qeyd olunur ki, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.(azerbaycan24)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...