Ermənilərin Qarabağ haqqında çəkdiyi film Kann kinofestivalının proqramına daxil edildi - FOTOLAR | Eurasia Diary - ednews.net

3 İyul, Cümə


Ermənilərin Qarabağ haqqında çəkdiyi film Kann kinofestivalının proqramına daxil edildi - FOTOLAR

Siyasət A- A A+

2020-ci ildə yeni formatda keçiriləcək 73-cü Beynəlxalq Kann kinofestivalının proqramı açıqlanıb.

Koronavirus pandemiyası səbəbindən, 2020-ci ildə Kann kinofestivalı ənənəvi formatda baş tutmayacaq. Festivalın təşkilatçıları, "Cannes-2020" festival proqramına daxil olan, payızda nümayiş olunacaq filmləri artıq elan ediblər. Ekran əsərlərinin Venesiya, Nyu-York, Deauville, Toronto, San Sebastian, Angouleme, Busan və Lionda keçiriləcək film festivallarında nümayiş ediləcəyi gözlənilir.

Daha öncə təxirə salınmış festivalda nümayiş olunmaq üçün seçilmiş, müsabiqəyə daxil olan və müsabiqədən kənar 56 layihə rəsmi veb saytda təqdim olunur. 2020-ci ildə erməni rejissor Nora Martirosyan "Si le vent tombe" (Külək əsirsə) filmi ilə debüt edəcək.

Sputnik Ermənistanın məlumatına görə film üç ölkənin - Belçika, Fransa və Ermənistanın birgə istehsalıdır: “Ssenariyə görə, auditor Alain Xankəndidəki hava limanında yoxlama aparmaq və istismarına icazə vermək üçün Qarabağa gəlir. Bu vaxt, Edqar adlı oğlan hava limanında onunla qarşılaşır.

N.Martirosyanın çəkdiyi film "Sister Productions"ın məhsuludur. Qeyd olunur ki, "Si le vent tombe" filmində nümayiş olunan hekayə Qafqazda qondarma respublikada baş verir.

Qeyd edək ki, Kann kinofestivalının əsas tələblərindən biri premyeradır, "Si le vent tombe"nin premyerası payızda "Cannes-2020" brendi altında baş tutacaq. Sosial şəbəkədə filmin treyleri hələ ki, yoxdur, ancaq filmdən rəsmi foto kadrlar mövcuddur.

1news.az bu məsələni şərh etmək üçün Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayıb və rəsmi şərh gözləyir.

Şübhə yoxdur ki, film Ermənistan-Azərbaycan münaqişəsində erməni təbliğatının növbəti alətinə çevriləcək və münaqişə ilə bağlı həqiqətləri yalnız erməni mövqeyindən təqdim etməyə çalışacaqdır.

 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...