Zərdabda yol tikintisinə 3.1 milyon manat ayrılıb SƏRƏNCAM | Eurasia Diary - ednews.net

4 İyul, Şənbə


Zərdabda yol tikintisinə 3.1 milyon manat ayrılıb SƏRƏNCAM

Siyasət A- A A+

Prezident İlham Əliyev Zərdab rayonunun Ucar–Zərdab–Ağcabədi (32 km)–Gəlmə–Əlibəyli–Allahqulubağı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

EDNews.net   xəbər verir ki, sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Ucar–Zərdab–Ağcabədi (32 km)–Gəlmə–Əlibəyli–Allahqulubağı avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 3,1 milyon (üç milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...