Rusiyanın Soçi şəhərində yaşayan və ermənilərin özgə ərazilərə tamah salmasından hiddətlənən bir qadının video mesajı sosial şəbəkədə populyarlıq qazanıb.
Qadın qeyd edir ki, ermənilərin daima başqalarının torpaqlarına qarşı ərazi iddialarını eşitməkdən bezibdir.
"İş o yerə çatıb ki, hər yerdə "Soçi - Ermənistan ərazisidir" yazısını görmək olur. Sizin artıq Qarabağda müsəlmanlarla müharibəniz var. Siz onların ərazisini işğal etməyi "bacardınız". İndi sizə xoş rəftar göstərən Qorbaçovun sizi Soçidə məskunlaşdırması sayəsində bu torpaqlara da iddia edəcəksiniz? Bir başqa yerdə məskunlaşdırması üçün ona müraciət etmək istəmirsiz ki?”, -qadın deyir.