Avropa Parlamentinin Birgə Bəyannaməsi Ermənistanda niyə siyasi zəlzələ effekti yaratdı?

Siyasət 11:56 12.06.2020

Azay Quliyev,
Milli Məclisin üzvü

 

Məlum olduğu kimi, 10 iyun 2020-ci ildə Avropa Parlamentində (AP) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair yüksək siyasi əhəmiyyətə malik olan Birgə Bəyannamə qəbul edildi. Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand tərəfindən imzalanmış bu sənəddə Ermənistanla Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsini birləşdirən üçüncü avtomagistralın tikilməsinə etiraz bildirilərək bu cür qanunsuz fəaliyyətlərin beynəlxalq hüquq prinsipləri ilə tam ziddiyət təşkil etməsi müddəası əksini tapdı.

Adı çəkilən Bəyannamənin əhəmiyyəti və işğalçı ölkədə yaratdığı “siyasi zəlzələ”nin səbəbi nədir!?

1) İlk dəfədir ki, beynəlxalq təşkilat, yəni Avropa Parlamenti səviyyəsində Ermənistandan başlanan və Azərbaycanın işğal olunmuş ərazilərinədək davam edən qanunsuz infrastruktur layihəsi bu qədər açıq və birmənalı mətnlə pislənilir.

2) Bu bəyanat ilk dəfədir ki, Avropa Parlamentinin yalnız Azərbaycan üzrə məruzəçisi tərəfindən deyil, həm də Ermənistan üzrə məruzəçisi Trayan Basesku və bundan başqa Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand tərəfindən qəbul edilir. Hələ indiyə kimi Ermənistan üzrə məruzəçi belə bir ədalətli, doğru və cəsarətli addım atmamışdı. Bu tarixi nailiyyət Trayan Baseskuya nəsib oldu. Mən onu ürəkdən təbrik edir və ona səmimi təşəkkürümü bildirirəm.

3) Adı çəkilən Bəyannamə münaqişə kontekstində verilir və Avropa Parlamenti Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmətini bir daha ifadə edir. Sənəddə qeyd edilir ki, magistral yolun tikintisi Azərbaycanın səlahiyyətli qurumlarının razılığı olmadan qərarlaşdırıldığına görə bu proses beynəlxalq hüququn norma və prinsiplərinin birbaşa pozuntusudur.

4) Bununla bərabər sənəddə həm də magistral yol tikintisinin münaqişə prosesinə yaratdığı maneə və təhlükələr də öz əksini tapıb. Bəyannamədə göstərilib ki, magistralın tikintisi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının işğalı nəticələrinin möhkəmləndirilməsinə yol açaraq etimad və sülhün yaradılmasına əlavə təhlükələr yaradır.
Yuxarıda sadalanan faktları nəzərə alaraq belə bir nəticəyə gələ bilərik ki, adı çəkilən Birgə Bəyannamənin müddəaları gələcəkdə Azərbaycan üçün yaxşı presedent rolunu oynaya bilər:

a) Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qanunsuz iqtisadi fəaliyyətlərin, maddi resurslardan qanunsuz istifadə faktlarının pislənilməsi istiqamətində Avropa Parlamenti və digər qurumlar tərəfindən yeni sənədlər qəbul edilə bilər;

b) Birgə Bəyannamənin qəbul olunması erməni işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonların ərazisində Ermənistan tərəfindən həyata keçirilən mədəni irsimizin təhrifi siyasəti, tarixi-mədəni abidələrimizin dağıdılması, dəyişdirilməsi və qanunsuz yollarla satışa çıxarılması faktlarının ifşası istiqamətində tədbirlərin görülməsi üçün də baza rolunu oynaya bilər.

Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul edilmiş ilk bu cür sənəd olan Avropa Parlamentinin birgə bəyannaməsi Ermənistanın uzun illərdir ki həyata keçirdiyi qanunsuz fəaliyyətlərinə AP-nin qətiyyətli və obyektiv münasibətinin ifadəsidir. Bu sənəd işğalçı ölkənin növbəti məğlubiyyəti, Azərbaycanın isə növbəti diplomatik uğurudur. Bu sənəd Azərbaycan

Prezidenti cənab İlham Əliyevin hücum diplomatiyasının konkret nəticəsi, dövlətimizə beynəlxalq aləmdə olan inam və etimadın göstəricisi, xarici siyasət idarəmizin, Brüsseldəki səfirliyimizin dövlət başçısının tapşırıqlarını peşəkar formada icra etməsinin ən yaxşı nümunəsidir. Bu həm də Azərbaycanın Parlament diplomatiyasının nailiyyətidir.

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
Hamısı