Mirzə İbrahimovun papağı Fazil Mustafa

Siyasət 11:51 14.06.2020
Xaricdə gizlənmiş şərəfsizlərin təhqirlərinin cavabı mütləq veriləcəkdir. Hansı mövzuda təhqir ediblərsə, o mövzudada praktik təhqirlə qarşılaşacaqlar. Azərbaycandakı şərəfsizlərdən bir qismi də düşünür ki, necə edək ki, şəxsimizin mövqeyinə qarşı milli qaragüruhumuzu səfərbər etsinlər. Baxıram ki, Rasim Müzəffərli adlı birİsi mənim keçmişdə yazdığım Heydər Əliyevlə, İlham Əliyevlə, Yeni Azərbaycan partiyası ilə bağlı yazılarımı paylaşaraq göstərmək istəyir ki, bəs Fazil Mustafa mövqe dəyişib. Rasim Müzəffərlinin obrazında bütün milli və qeyri milli əbləhlərə söyləmək istəyirəm ki, bu cür paylaşımları bacardıqca çox edin, çünki cəmiyyət görsün ki, qaragüruhçuluqdan xilas olan və dövlət adamı olma cəsarətini göstərən çox azsaylı siyasətçilərdən biriyik. Bəli, mən mərhum Heydər Əliyevə də, prezident İlham Əliyevə də, Yeni Azərbaycan Partiyasına qarşı da ən sərt, ən açıq, ən barışmaz müxalifətdə olmuşam. təmsil etdiyim cinahdakıların çoxu kimi o dövrün iqtidarı ilə gizli danışıqlara getməmişəm, bəziləri kimi Parlamenti yox, 37 yaşında səngərdə hərbi xidməti seçmişəm. Əbülfəz Elçibəyə qarşı da ölüm gününə qədər olan hücumların cavabını da ən kəskin formada indiki saxta "Elçibəyçilərə" və başqa yaramazlara və bəzən də haqlı opponentlərə qələmimlə, sözümlə vermişəm. Keçmişdə yazdığım doğrulu-yanlışlı heç bir məqaləmdən, heç bir kitabımdan da imtina etməmişəm. Etməyəcəyəm də. Çünki mən öz ömrümün bütün səhifələrinə sahib çıxan bütöv insanam. 2005-ci ildən siyasi düşüncəmdə dönüş yaradaraq iqtidarla düşmənçiliyə son qoymağı qərara aldım və yaratdığım partiyanın konstruktiv müxalifət mövqeyində siyasi fəaliyyətini davam etdirəcəyini bildirdim. Əsas şüarım da bu oldu ki, biz bu hakimiyyətlə hesablaşırıq, ancaq siyasi kursu ilə razılaşmırıq. Yəni güclə hesablaşmalısan, ancaq bəyənmədiyin fikirlə razılaşmama haqqına sahibsən. Yenə də kimsə ilə gizli danışığım olmayıb, etiraf edim ki, parlamentdə təmsilçiliyimi də yaşadığım dairədə seçicilər dəstəkləyib, hakimiyyət isə hansısa əngəl törətməyib. 15 ildir parlament jurnalistləri də Milli Məclisin ən fəal deputatı seçirlər və müstəqil, tənqidi və aktual mövzularda çıxışlarımın da hər kəs şahididir. Neçə illərdir keçmiş yazılarımı paylaşaraq mənə qarşı əks təbliğat aparmaq istəyən əbləhlər göstərmək istəyirlər ki, adam necə ola bilər ki, bu qədər fikirlərini dəyişsin. Rasim Müzəffərli adlanan və onun kimi düşünən əbləhlər! Siyasətdə əbədi mövqe yoxdur, cəmiyyət üçün faydalı mövqe var. O zaman mən xalq hərəkatının içindən gələn və qaragüruhun əhval-ruhiyyəsinə görə siyasət anlayışımı müəyyənləşdirən bir siyasət adamı kimi, o zümrənin maraqlarından çıxış edərək Heydər Əliyevə də, İlham Əliyevə də, Yeni Azərbaycan partiyasına ən amansız formada, hətta bəzən təhqirə varacaq qədər sərtliklə məqalələr yazırdım, müsahibələr verirdim. Əbülfəz Elçibəyin vəfatından sonra bir neçə il də bu mövqeyi sürdürdüm. Düşüncələrimin dəyişməsində təbii ki, liderim Əbülfəz Bəyin yoxluğu və çox sayda mütailə etdiyim kitablar rol oynadı. Bəzən 8 yaşında saqqalsız, 60 yaşında da saqqallı uşaqlar Əbülfəz bəyi "satmağımız"dan yazanda, qaragüruhçuluğun nə qədər ağır faciə olduğunu daha dərindən anlayırsan. Bəli, sona qədər o böyük və ləyaqətli kişinin kursunu davam etdirdim, vəfatından sonra o əxlaqda, o səmimiyyətdə hansısa lideri görmədiyimə görə öz lideri olacağam təşkilatı yaratdım. Həm də Xalq Cəbhəsinin adını və Əbülfəz bəyin siyasi kölgəsini sığınmaq üçün indi onun mirasını ərdəmsiz və bəsirtəsiz istifadə edən siyasi və qohum kimliklərə buraxdım. Bu illər ərzində haqqımda olmazın böhtanlarını yağdırdılar, adımı kəşfiyyatlarda, təriqətlərdə, qruplarda hallandırdılar. Lakin alnıaçıq şəkildə bütün bu əxlaqsızlıqların qarşısında duruş gətirdim, ağlımla, qələmimlə, sözümlə ən böyük xarici və daxili şəbəkələrin hücumlarını bir çox hallarda təkbaşına dəf etdim. Heç bir təriqətə və məzhəbə aid olmayan və dini ibadətlərini aralıqsız yerinə yetirən, ailə dəyərlərinə bağlı, heç bir dövlətin kəşfiyyat şəbəkəsində olmayan və öz dövlətinin maraqlarını üçün hər cür fədakarlığa hazır olan, heç bir hakimiyyət və ya regional qruplaşmalarda yer almayan, müstəqil bir siyasətçiyəm. Böhtanla nəsə deyib və yaza bilərlər, ancaq ortaya heç bir sübut qoya bilməzlər. Bu günlərdə də xaricdən yönləndirilən və polisin üzərindən Azərbaycan dövlətini hədəf alan bir qaraguruhçu kampaniyanın qarşısında da öz dövlətimin maraqlarından çıxış edərək polisimizə qarşı zibil atan və bu yaramazlığı dəstəkləyən zibilləri də öz adı ilə çağırdım. Üstəlik də polisin törətdiyi qanunsuzluğu da dilə gətirərək cəzalandırılmasının vacibliyini bildirdim. Budur siyasi keçmişimizin xronikası cənab və xanım dar düşüncəli əbləhlər! İcazə verirəm, yayın mənim yazılarımı, ödənişsiz nökərçilik edin, 22 kitabımda olan məqalələri, fikirləri yaymanız ölkədə maarifçiliyə böyük töfhə olacaqdır, qaragüruhçuluqdan xilasınız üçün oxuyun məqalələrimi, keçmişdəki emosiya ilə yazılmışlarla, indiki ağılla yazılmışları müqayisə etməyə imkan yaradın, yazıqdır o insanlar, otuz ildir o küçələrdə dolaşdırıb kitabdan, ədəbiyyatdan uzaq saxlamısınız, dəyişə bilmirlər, Avropaya gedib daha da tərbiyəsizləşirlər, tiranlaşırlar. Əsərlərimin xeyrini mütləq görəcəklər, ağıllanacaqlar, dürüstləşəcəklər. Rəsulzadəni, Ağaoğlunu, dinimizin, tariximizin, mədəniyyətimizin gerçəkliklərini öyrənəcəklər. Ancaq mən hər zaman səmimiyyətimi bütün platformalarda qorudum, yazdığım yazılara bəyənmə işarəsi qoymağa qaragüruhun qorxusundan cəsarət edə bilməyən ərdəmsiz ziyalılardan fərqli olaraq cəsarətli jestlər edə bildim. İndi də sizlərin bacarmayacağı bir jest etmək istəyirəm. Bir çox fikirlərinə qatılmasam da, intellektinə hörmətim olan, xalq hərəkatı, Xalq Cəbhəsi hakimiyyəti dövründə ən çox linç edilmiş, maşının bağajına basılmış, qaragüruhçuluğun hər cür əzabını görmüş dəyərli ziyalımız Zərdüşt Əlizadəyə qarşı vaxtilə sərgilədiyim amansız münasibətə görə üzr istəyirəm. Bir də rəhmətlik Mirzə İbrahimovdan, onun ruhundan bütün hərəkatımız adına üzr istəyirəm. Biz onun kimi onlarla ziyalıya xoşumuza gələn fikri söyləmədiyinə görə qapının arxasını göstərdik. Hətta bir dəfə bir çılğın hərəkatçı sevincək yanıma gələrək söylədi ki, böyük bir iş görüb. Necə? Mirzə İbrahimov Akademiyanın qapısından çölə çıxanda bu çılğın hərəkatçı qardaşımız yaxınlaşıb bir neçə kəlmə söz deyib: "Qoca kaftar! Niyə xalqın yanında deyilsən?". Sonra başından papağını götürüb kolluğa tolazlayıb. O Mirzə İbrahimov ki, həmin hərəkatçının nəzərdə tutduğu xalqın dilini diriltdiyinə görə az qala sovet gilyotinin altına sürüklənəcəkdi. "Niyə xalqın yanında deyilsən?" Bu son günlərdə eyni ifadəni şəxsimi, yaxınlarımı təhqir edən insanlardan tez-tez eşitdiyimdə Mirzə İbrahimovu xatırladım və bir də ayılıb gördüm ki, Akademiyanın həyətindəki kolluqda onun papağını axtarıram. Və maraqlıdır ki, tapdım. Həm də yalnız o papağı yox. Axundovun da, Mirzə Cəlilin də, Sabirin də, Üzeyir bəyin də papağını o kolluğa tolazlamışdılar.
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
İşıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT
15:16 18.04.2024
Azərbaycanın təklif etdiyi sülh xalqın... - Deputat Məzahir Əfəndiyevlə MÜZAKİRƏ - VİDEO
15:00 18.04.2024
Rusiya XİN: Aİ-nin Bakı ilə İrəvan arasında normallaşma prosesi ilə bağlı səyləri səmərəsizdir
14:50 18.04.2024
Mariya Zaxarova: Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib
14:45 18.04.2024
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
14:43 18.04.2024
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
14:37 18.04.2024
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
14:30 18.04.2024
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:25 18.04.2024
Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
14:20 18.04.2024
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
14:15 18.04.2024
Rusiya XİN: Ermənistan Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün ABŞ və Aİ üçün alətdir
14:10 18.04.2024
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
14:04 18.04.2024
“Rus ordusunun Qarabağı tərk etməsi Azərbaycanın siyasi qələbəsidir” - Ukraynalı Deputat - ÖZƏL
14:00 18.04.2024
“Google” İsrailə görə 28 əməkdaşını işdən çıxartdı
13:53 18.04.2024
Türkiyə-Azərbaycan Universitetində 3 məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq - RƏSMİ
13:45 18.04.2024
İsveç Baş naziri COP29-a dəvət edilib
13:40 18.04.2024
Hamısı