"Paşinyan təxribatçı açıqlamaları ilə danışıqların formatını dağıdır" Hikmət Hacıyev

Siyasət 09:47 20.06.2020

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamasını şərh edib.

EDNews.net AzərTac-a istinadən xəbər verir ki, H.Hacıyev bildirib: 

"2019-cu ilin oktyabr ayında Müstəqil Dövlətlər Birliyinin dövlət başçılarının Aşqabad Zirvə Toplantısında Prezident İlham Əliyev faşist Qaregin Njde ilə bağlı Ermənistanın siyasətini ifşa edib. Toplantı zamanı Ermənistanın baş naziri N.Paşinyan isterik şəkildə faşist Q.Njdeni müdafiə etməyə çalışmaqla özünü gülünc vəziyyətə salıb.

Daha sonra N.Paşinyan 2020-ci ilin fevral ayında Münxen Təhlükəsizlik Konfransında Ermənistanın, dünya erməniliyinin və beynəlxalq ictimaiyyətin gözü qarşısında Prezident İlham Əliyev tərəfindən tamamilə darmadağın olunaraq utanc vəziyyətə düşüb.

Bunun ardınca N.Paşinyanın Q.Njde kimi öz faşist babasını təbliğ etməsi də ifşa olunub.

Ermənistanın baş naziri bu zərbələrdən özünə gəlməmiş 2020-ci il iyunun 18-də Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfransında növbəti biabırçılıqla üzləşdi. Prezident İlham Əliyevin faktlara əsaslanan mövqeyinə cavab verməyə cəhd edən N.Paşinyan videokonfransda çaşqınlıq yaradan, istehza ilə qarşılanan erməni dilində danışığı və gülüş doğuran ingilis dili ilə yadda qaldı.

Onun iddiaları Prezident İlham Əliyev tərəfindən təmkinli, eyni zamanda tutarlı və qəti şəkildə təkrarən cavablandırıldı. Prezident İlham Əliyev Fransanın Orli hava limanında terror törədən Varujan Karapetyanın Ermənistana ekstradisiya edilməsi və qəhrəmanlaşdırılması faktını qeyd edərək Ermənistanın rasizm, terrorizm kimi məsələlərdə danışmamalı olduğunu bildirdi.

Bundan başqa, videokonfransa maska ilə qatılan yeganə dövlət başçısı olan N.Paşinyan bununla özünü məsxərəyə qoydu. Bu da onu göstərir ki, N.Paşinyanın koronavirusa yoluxması barədə dedikləri növbəti populizmdir.

Yerevan küçələri ilə beynəlxalq tədbirləri qarışıq salan və hər dəfə özünü biabır edən Ermənistanın baş naziri öz uğursuzluğuna haqq qazandırmaq üçün yenə də Azərbaycana qarşı ittihamlar irəli sürərək populist məzmunlu çıxış edib.

N.Paşinyan hazırda çarəsiz durumdadr. O, faktiki olaraq Ermənistanda inqilabi diktatura qurub. Müxalifət nümayəndələrinin, jurnalistlərin və hakimlərin həbs edilməsi, hər hansı əks fikir söyləyən şəxslərin susdurulması və şantaj edilməsi, müxalifət nümayəndəsinin həbsdə ölməsi Ermənistanda geniş yayılmaqda olan praktikadır.

Onun koronavirusa qarşı apardığı mübarizənin iflasa uğraması göz qabağındadır. Çaşqın vəziyyətə düşən N.Paşinyan ölkədaxili istehlak üçün bir-birinin ardınca təxribatçı və ziddiyyətli açıqlamalar verir.

N.Paşinyan bu cür təxribatçı açıqlamaları ilə danışıqların formatını və mahiyyətini dağıdır. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, danışıqların formatı dəyişdirilə bilməz. N.Paşinyanın iddia etdiyi kimi, “Dağlıq Qarabağ xalqı” anlayışı yoxdur. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Prezident İlham Əliyevin 2019-cu ilin oktyabr ayında Valday toplantısında vurğuladığı kimi, “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi”.

Azərbaycan özünün işğal olunmuş bütün torpaqlarını Ermənistanın işğalından azad edəcək və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü bərpa edəcək.

Vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə şəxsən N.Paşinyanın üzərinə düşür".

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Hamısı