Dağıstanda milli qürurumuzu sarsıdanlar kimlərdir? Hüquqşünas ifşa etdi

Siyasət 11:41 21.06.2020

İyunun 16-da Rusiya-Azərbaycan sərhəddində baş vermiş hadisə Azərbaycan cəmiyyətində kəskin reaksiya doğurdu. Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının 3 ay davam edən etirazlarından sonra tələblərinin yerinə yetirilməməsi bir yana, OMON tərəfindən bu şəkildə təhqir olunması və bu da azmış kimi həbs edilməsi sadə vətəndaşların hiddətinə səbəb oldu. Mövzuyla bağlı hüquqşünas ekspert Səməd Vəkilov EDNews.net-ə açıqlama verib.

“Dağıstan sərhəddində baş verən hadisələr kompleks yanaşma tələb edir. Ümumiyyətlə, pandemiya ilə mübarizə müxtəlif ölkələrdə müxtəlif şəkildə qurulub. Lakin burada əsas məsələ həmin fəaliyyətin koordinasiya olunmasıdır. Məsələn, Türkiyədə bununla əlaqədar Elmi qurum və Səhiyyə Nazirliyi işləyir. Ancaq məlumatlara əsasən demək olar ki, Türkiyə Prezidenti hər hansı qayda və məhdudiyyətlər barədə özü şəxsən elan verir. Elmi qurum heç bir məlumat yaymır və ümumiyyətlə mətbuatla heç bir əlaqəsi yoxdur. Məlumatları ancaq Səhiyyə Nazirliyi yayır. Azərbaycanda isə bu məsələlərlə Səhiyyə Nazirliyi deyil, tibbi müəssisələrin çoxunun tabe olduğu TƏBİB və dövlət qurumlarıın bir çoxunun təmsil olunduğu Operativ Qərargah məşğul olur”, -deyə S. Vəkilov bildirib.

O Operativ Qərargahın koordinasiya olunması məsələsinə informasiyanın yayılması, vətəndaşların məlumatlandırılması baxımdan tənqidi yanaşmanın lazım gəldiyini söyləyib: “Operativ Qərargah vaxtında və operativ məlumat vermir. Xüsusilə, xaricdə yaşayan vətəndaşlarımızla bağlı lazımi tədbir görülməyib. Nəticədə, Dağıstandakı çox arzuolunmaz, çox təhqiramiz, milli qürurumuza toxunan bir hadisə ilə qarşılaşdıq. Təbii ki, bu Operativ Qərargahın və Rusiyada fəaliyyət göstərən Azərbaycan Səfiri Polad Bülbüloğlunun öz hüquq və vəzifələrini düzgün icra etməməsindən irəli gələn bir mənfi hala çevrildi”, hüquqşünas deyib.

Dağıstan sərhəddində 1000 nəfərə yaxın Azərbaycan vətəndaşının 3 aydan artıq müddətdə  acınacaqlı vəziyyətdə qalmasını xüsusi qeyd edən S.Vəkilov hal-hazırda yüz nəfərədək azərbaycanlının 10 günlük inzibati xəta törətməkdə günahlandırılaraq cərimə tətbiq olunduğunu qeyd edib: “İndiki dövrdə onlar barəsində inzibati pozuntu müəyyən etmək qanuna ziddir. Əslində bu insanlar heç bir qanunu pozmayıblar. Onlar öz vətəndaşı olduqları ölkəyə qayıtmaq istəyiblər. Onlar yaşadıqları ölkədə heç bir miqrasiya qanununu pozmayıblar, buna görə Azərbaycan vətəndaşlarının Dağıstan sərhəddində saxlanması sırf diplomatik yolla həll olunmalı idi. Dünyada pandemiya kimi fors major hal yaranıb və Azərbaycan Respublikası vətəndaşları heç bir qanunu pozmayıb”, ekspert bildirib.

“Bundan əlavə, Azərbaycan elan etdi ki, min nəfəri yerləşdirmək imkanı yoxdur və onlar müəyyən müddət orada qalmalıdırlar, lakin bu müəyyən müddət də bəlli deyil. Bu məsələ Operativ Qəraragah, Xarici İşlər Nazirliyi, Azərbaycanın Rusiyadakı Səfirliyinin yarıtmaz fəaliyyətinin nəticəsidir. Bu şəxslər Rusiya sərhəddini keçdikdən sonra onlara vurulmuş mənəvi zərərlə bağlı iddia da qaldıra bilərlər. Onların bu cür təhqir olunması isə Azərbaycan xalqının milli qüruruna toxunan bir məsələdir.

Azərbaycan Xarici İşlər Nazirliyinin ölkəyə gəlməklə bağlı müraciət etmək üçün saytı da var. Lakin Azərbaycan Respublikasının fəaliyyətdə olan Qərargahı, Xarici İşlər Nazirliyi ora şəxsən nümayəndə göndərib ordakı insanların adlı siyahısını, Azərbaycanda yaşadıqları regionları müəyyənləşdirə bilərdilər. Sərhəddən keçdikdən sonra xüsusi ambulansda apara bilərdilər. Bundan başqa, orda qalan insanların hamısı Bakı şəhərində yaşamır, hamısı sərt karantinin tətbiq olunduğu regionlarda yaşamırlar. Eləsi var ki, karantin tətbiq olunmayan regionlarda yaşayır. Onları həmin regionların hesabına orada yerləşdirmək olardı. Rayonlarda elə bir acınacaqlı durum yoxdur. Operativ Qərargah karantin rejimini epidemiyanın daha çox yayıldığı böyük şəhərlərə tətbiq edir. Həmin şəxs əgər Xaçmazda yaşayırsa və Xaçmazda karantin yoxdursa Xaçmaz İcra hakimiyyəti Xaçmaz Rayon Xəstəxanası üç nəfər rayon sakinini gətirib öz ərazisində yerləşdirə bilərdi. Onlar sərhəddə yığılan kimi bu tədbirlər görülsəydi belə acınacaqlı durum yaranmazdı”, - S.Vəkilov əlavə edib.

Operativ Qərargah  həmin şəxslərin ölkə ərazisinə daxil olmasına ona görə məhdudiyyət qoydu ki, onlarda tibbi prosedur həyata keçirsin və onlarda olan xəstəliklər digər vətəndaşlarımıza yayılmasın. Lakin yüzlərlə insan bir yerdə belə formada saxlanır və bu insanların həyatı təhlükə altında qalır. Nəticə etibarilə Konstitusiya ilə onlara verilmiş hüuqları tapdalanır. Sağlamlıq və yaşamaq hüquqları dövlət tərəfindən təminat altına alınsa da Operativ Qərargah, Səfirlik və TƏBİB başda olmaqla həmin vətəndaşlarımızın hüquqları pozulub. Həmin şəxslərin bu formada psixoloji gərginliklə ölkə ərazisinə daxil olması gələcəkdə digər fəsadlara səbəb ola bilər, ekspert söyləyib.

Hüquqşünas hesab edir ki,həmin vətəndaşlarımızın diplomatik danışıqlar vasitəsilə onlara verilmiş 10 günlük cərimələrin ləğv edilməsilə bağlı XİN və Rusiyadakı Səfirlik hərəkətə keçməlidir: “Biz bunu arzulayırıq, lakin görünən odur ki, nə Xarici İşlər Naziri Elmar Məmmədyarov  nə də Rusiyadakı Səfirimiz Polad Bülbüloğlunu Azərbaycan Respublikasının vətəndaşlarının hüquqları və Azərbaycan xalqının milli qüruru maraqlandırmır”, -deyə S.Vəkilov bildirib.  

Gülnar Səlimova

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Hamısı