İlham Əliyevin Paşinyanı susdurmasının səbəbi Varujan Karapetyan kim olub?

Siyasət 09:46 23.06.2020

Məşhur video blogger Fuad Abbasov İlham Əliyevlə Nikol Paşinyan arasındakı müzakirə barədə video paylaşıb. O, Ramil Səfərovla Varujan Karapetyan arasında müqayisəli təhlil aparıb.

EDNews.net-in məlumatına görə, Varujan Karapetyan 80-ci illərin əvvəllərində ASALA terror təşkilatının Fransa qruplaşmasına rəhbərlik edib. 1983-cü ildə onun başçılığı ilə Fransanın Orli hava limanında törədilmiş terror aktı nəticədində 8 nəfər həlak olub, 61 nəfər yaralanıb. Ömürlük həbs cəzasına məhkum edilsə də, 2001-ci ildə Ermənistana ekstradisiya olunub. Terrorçu İrəvanda “xalq qəhəmanı” kimi qarşılanıb. Ermənistanın baş naziri onu hava limanında şəxsən qarşılayıb və çox keçməmiş terrorçu Karapetyan mənzil və işlə təmin olunub.

Fuad Abbasov Ramil Səfərovun Budapeştdə erməni hərbçisi Qurgen Marqoryanı guya yatarkən öldürməsi barədə yayılan şayələrə də aydınlıq gətirib. O məhkəmə materiallarında da R.Səfərovun erməni hərbçisini yatarkən öldürmədiyinə dair məlumatların yer aldığını deyib. “Ramil Səfərov erməni hərbçisinə yaxınlaşıb və macar hərbçidən otaqdan çıxmasını xahiş edib. Diktafonla erməni hərbçisi Qurgen Marqoryana yaxınlaşaraq ondan üzr istəməsini istəyib. Belə ki, Q.Marqoryan hər gün Azərbaycan xalqını təhqir əlaməti olaraq Azərbaycan bayrağı ilə öz ayaqqabısını silirdi. O diktafonla Marqoryanın səsini yazıb və ondan üzr istəməsini tələb edib. Məsələnin ciddi olduğunu görən erməni onu bağışlaması üçün yalvarmağa başlayıb və bunu zarafat üçün etdiyini deyib. Ramil iki ölkə arasında müharibənin olduğunu və bunun zarafat olmadığını bildirib. Marqoryan yalvarıb, Qarabağ və ətraf rayonları işğal etdiyi üçün öz erməni dövlətinin və xalqının ünvanına təhqiramiz ifadələr işlədib. Ramil Səfərov isə dövlətinin bayrağını təhqir edən və həyatı üçün təhlükə yarandığını görəndə öz dövlətinə, xalqına xəyanət edən bir insanın yaşamağa haqqı olmadığını düşünərək bu əməli törədib", -deyə F.Abbasov bildirib.

Qeyd edək ki, Orli faciəsi nəticəsində dünyasını dəyişən 8 nəfərdən 2-si türk,  4-ü fransız, bir isveçli və bir amerikanlı olub. Terror aktının əsas təşkilatçısı və terrorçu dəstənin başçısı Suriya ermənisi olan Varujan Karapetyan həbs edilib və Parisdə baş tutan məhkəmənin sonunda ömürlük həbs cəzasına məhkum edilib. Həbsindən 17 il sonra erməni tərəfinin müraciətlərinə cavab olaraq, rəsmi Paris onu 2001-ci ildə azadlığa buraxaraq Ermənistana ekstrasiya edilib.

Karapetyan oz günahını boynuna alaraq istintaqa verdiyi ifadələrdə bildirmişdi ki, içində bomba olan çemodan hava limanında Türk hava yollarının kassasının qarşısında yox, təyyarənin içində təyyarə göydə olarkən partlamalı imiş. Onun başçılıq etdiyi terrorçu qrup Türk hava yollarının Türkiyə xüsusi xidmət orqanlarının, eləcə də general və diplomatlarının uçmalı olduqları təyyarəsini partlatmağı planlaşdırmışdı. Lakin onların planı baş tutmayıb və bomba vaxtından əvvəl partlayıb. Fransada o zaman iqtidarda olan və erməni terrorçularına simpatiyasını gizlətməyən sosialistərin təşkil etdiyi hökumət Orlidəki terror aktından sonra, terrorçulara qarşı müəyyən tədbirlər görmək məcburiyyətində qalmışdır. Beynəlxalq mətbuatda isə Fransa hökuməti ilə terrorçular arasında sövdələşmənin olduğu barədə məlumatlar yayılmışdır.  

Sonralar Terrorçu Karapetyan tez-tez müsahibələr verir, terrorçu təşkilat ASALA-nın yığıncaqlarında iştirak edir. O, həmçinin Ermənistanda universitetərdə çıxış edərək yetişməkdə olan yeni terrorçularla təcrübəsini bölüşür. 2017-ci ildə Ermənistan Dövlət Universitetində tələbələr qarşısında çıxış edərkən deyib ki, törətdiyi əməldən peşman deyil və bunu yenə də edərdi. Varujan Karapetyan 2019-cu ildə, 65 yaşında ürək xəstəliyindən ölüb.


"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Hamısı