Erməni kinorejissor Robert Def və rusiyalı kinorejissor Rano Kubayeva işğal altındakı Azərbaycan torpaqlarında məşhur Fransa aktyorunun baş rol aldığı “Valter” adlı bədii filmin çəkilişinə başlayıblar.
EDNews.net Moderator.az-a istinadən xəbər verir ki, işğalçı ölkə mediasının yaydığı məlumata görə, dünən – iyunun 21-də Xankəndi yaxınlığında filmin çəkilişlərinə start verilib.
Filmdə məşhur “Taksi” filmindən tanınan fransalı aktyor Sami Naserinin qardaşı Bibi Naseri baş rolda oynayacaq.
Xatırladaq ki, ötən ilin avqustunda Azərbaycan Mədəniyyət Nazirliyi erməni və rusiyalı kinorejissorların işğal altındakı Qarabağda film çəkilişlərə hazırlığı ilə bağlı olaraq Rusiya Mədəniyyət Nazirliyinə etirazını bildirmişdi. Görünür, bu etiraz yetərli olmayıb...
Azərbaycan əleyhinə saxta fakt və olaylarla müşayiət olunan "Valter" filmindəki hadisələr 20-ci əsrin 90-cı illərində baş verir. “Fransız Bibi Nasserin ifa etdiyi erməni baş qəhrəman Moskvada tikinti meneceri kimi çalışır. Faciəli xəbər onu vətəninə, Dağlıq Qarabağa qayıtmasına məcbur edir...”