Rusiyada Konstitusiyaya dəyişikliklə bağlı səsvermə başlayıb.
EDNews.net Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfirliyində də seçki məntəqəsi yaradılıb. Bu gün saat 8:00-dan etibarən Azərbaycanda olan Rusiya vətəndaşları səsvermə hüququndan istifadə edərək səfirlikdə səs verə biləcək.
Konstitusiyaya dəyişliklərlə bağlı səsvermə Rusiyanın Hindistan, Tacikistan və s. ölkələrdəki səfirliklərində də başlayıb.