"Sərsəng su anbarının Azərbaycana qaytarılması təmin edilməlidir" - Qüdrət Həsənquliyev | Eurasia Diary - ednews.net

15 Avqust, Şənbə


"Sərsəng su anbarının Azərbaycana qaytarılması təmin edilməlidir" - Qüdrət Həsənquliyev

Siyasət A- A A+

“Ölkəmiz BMT Təhlükəsizlik Şurasından Sərsəng su anbarının Azərbaycanın istifadəsinə qaytarılmasını tələb etməlidir”

EDNews.net xəbər verir ki, bu fikirləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev su qıtlığının aradan qaldırması üçün hansı addımların atılmasının zəruri olduğu barədə suala cavabında deyib.

BAXCP sədri qeyd edib ki, ilk növbədə Bakı şəhərində kanalizasiya suları dənizə axıdılmamalı, təmizlənərək suvarmada və yaşıllaşdırmada istifadə olunmalıdır:“Bundan başqa, təcili Kürün Xəzərə tökülən hissəsində bənd vurulmalı, dənizin duzlu suyunun çaya daxil olmasına imkan verilməməlidir. Kürün də suyunun dənizə tökülməsi həmin bəndlə məhdudlaşdırılmalı və kənd təsərrüfatı üçün istifadə olunmalıdır. Azərbaycan BMT Təhlükəsizlik Şurasına müraciət etməli, Sərsəng su anbarının Azərbaycanın istifadəsinə qaytarılmasını tələb etməlidir. Tələb qısa bir müddətdə yerinə yetirilməzsə, Azərbaycan həmin əraziləri işğaldan azad etməlidir. Neftçalada Kür üzərində tikiləcək bəndlə bağlı ekoloji məsələlər mütəxəssislərlə müzakirə olunmalıdır. Azərbaycan təcili sənaye üsulu ilə suvarma sisteminə keçməlidir. Hər kəs sudan qənaətlə istifadə etməlidir. Bir də özümüzdən asılı olanı etməklə yanaşı, Allaha dua etməliyik ki, bizi su ilə sınağa çəkməsin,bol yağışlar yağsın.”

 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...