Ermənistanın informasiya təhlükəsizliyi üzrə eksperti Samvel Martirosyan ölkəsinin kibertəhlükəsizliyindən şikayətlənib.
EDNews.net Modern.az-a istinadən xəbər verir ki, Martirosyan azərbaycanlı hakerlərin son günlər bank sənədləri, pasportlar, koronaviruslu xəstələr barədə şəxsi məlumatları və s. internetə sızdırdığını yazıb.
“Artıq 3 gündür ki, azərbaycanlılar konkret olaraq, bizimlə məzələnirlər. Ermənistanla bağlı hər cür sənədi mətbuata sızdırıblar. Axı nə vaxt bizim bu daxili özbaşnalıq başa çatacaq?”-deyə ekspert şəxsi səhifəsində etirazını ifadə edib.