BMT-nin Cenevrə bölməsinin təşkilatçılığı ilə keçirilən 58-ci təhsil proqramında Azərbaycanı Fazil Qasımov təmsil edib

Siyasət 17:47 11.07.2020
BMT-nin Cenevrə bölməsinin təşkilatçılığı ilə keçirilən 58-ci təhsil proqramında Azərbaycanı “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi Fazil Qasımov təmsil edib.
 
EDNews.net xəbər verir ki, pandemiyaya görə ilk dəfə onlayn keçirilən təhsil proqramına 50 ölkədən 80 iştirakçı qatılıb. Magistr və doktorantlar üçün təşkil olunan təhsil proqramında iştirakçılara BMT-nin fəaliyyət mexanizmi, dayanıqlı inkişaf məqsədləri və qurumda karyera imkanları haqqında ətraflı məlumat verilib. “BMT-nin yaradılmasının 75-ci ildönümündə gələcəyimizi birlikdə quraq” mövzusunda keçirilən seminarlarda təşkilatın Cenevrə bölməsinin rəhbər şəxsləri, o cümlədən baş direktor Tatyana Valovaya və BMT Baş katibinin müşaviri Fabritso Hoçşild məruzələrlə çıxış ediblər.
 
İstanbul Universitetində iqtisadiyyat üzrə doktorantura təhsili alan Fazil Qasımov BMT rəsmilərinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 1993-cü ildə Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qətnamələrin icrası və məcburi köçkünlərin evlərinə qayıdışı barədə suallar ünvanlayıb. İctimai birliyin nümayəndəsi təhsil proqramında iştirak edənlərə müraciətlə BMT-nin gələcək fəaliyyəti haqqında fikirlərini bu sözlərlə ifadə edib: “Mən bir çoxunuzun yalnız televiziya ekranlarında gördüyü şəraitdə, məcburi köçkün ailəsində böyümüşəm. Bütün təhsil pillələrimi təqaüdlə oxumuşam. Əks təqdirdə ali təhsil almağa imkanım yox idi. Hazırda iqtisadiyyat üzrə doktorantura təhsili alıram. Mənə təhsil almaq imkanı yaradanlara çox minnətdaram. Təəssüf ki, dünyada milyonlarla insan məcburi qaydada evlərindən didərgin salınıb və ağır şəraitdə yaşamağa məhkum edilib. Atamın ən böyük arzusu, evimizin dağıdıldığını bilməsinə rəğmən evimizə qayıtmaq idi. Təəssüf ki, atam evimizə qayıtmadan vəfat etdi. Mən bizə bu vəhşilikləri edənləri deyil, dünyada dinc insanların didərgin düşməsini, əzab çəkməsini və öldürülməsini dayandırmayanları günahlandırıram. Gözləntim budur ki, növbəti 25 ildə BMT bu cür insan faciələrinin bir daha baş verməməsi üçün mexanizmlər hazırlayar. Buna nail olmaq üçün BMT humanist liderliyi qlobal miqyasda təbliğ etməli və liderləri insan hüquqlarının pozulmasına görə məsuliyyətə cəlb etməlidir”.
 
Fazil Qasımov, həmçinin “Aşıq Şəmşir” Mədəniyyət Ocağının fəaliyyəti, qurumun UNESCO ilə əməkdaşlığı və inklüziv incəsənət təhsili sahəsində layihələri barədə iştirakçılara məlumat verib.
 
Beş gün davam edən proqramın sonunda iştirakçılardan BMT-nin 75 illiyinə dair esse yazılması tələb edilib və tapşırığı uğurla yerinə yetirənlərə sertifikatlar verilib.  
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
İşıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT
15:16 18.04.2024
Azərbaycanın təklif etdiyi sülh xalqın... - Deputat Məzahir Əfəndiyevlə MÜZAKİRƏ - VİDEO
15:00 18.04.2024
Rusiya XİN: Aİ-nin Bakı ilə İrəvan arasında normallaşma prosesi ilə bağlı səyləri səmərəsizdir
14:50 18.04.2024
Mariya Zaxarova: Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib
14:45 18.04.2024
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
14:43 18.04.2024
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
14:37 18.04.2024
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
14:30 18.04.2024
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:25 18.04.2024
Hamısı