Müdafiə nazirinin müavinindən cəbhədəki təxribatla bağlı açıqlama | Eurasia Diary - ednews.net

11 Avqust, Çərşənbə axşamı


Müdafiə nazirinin müavinindən cəbhədəki təxribatla bağlı açıqlama

Siyasət A- A A+

Azərbaycanın Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini, general-leytenant Nizam Osmanov bu gün işğalçı Ermənistanın Tovuz rayonu istiqaməti törətdiyi təxribatdan danışıb. 

General-leytenant Nizam Osmanov Demokrat.az-a açıqlamasında bildirib ki, hazırda işğalçı düşmən təşviş içindədir:

“Ermənistan hərbi birləşmələri dövlət sərhədimizdə növbəti dəfə təxribata cəhd edib. Ancaq Azərbaycan Ordusu düşmən təxribatının qarşısını layiqincə alıb, Ermənistan ordusuna sarsıdıcı zərbə vurub. Hazırda cəbhə bölgəsindəyik, vəziyyət ordumuzun tam nəzarəti altındadır. Düşmən təşviş içindədir. İgid və qəhrəman hərbiçilərimiz düşmənə ağır və sarsıdıcı zərbə endiriblər”.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...