“ATƏT-in Minsk Qrupu dərhal buraxılmalıdır” - Rusiyalı politoloq | Eurasia Diary - ednews.net

11 Avqust, Çərşənbə axşamı


“ATƏT-in Minsk Qrupu dərhal buraxılmalıdır” - Rusiyalı politoloq

Siyasət A- A A+

“ATƏT-in Minsk Qrupu dərhal buraxılmalıdır. Onların heç bir faydası yoxdur”.

Bunu Rusiyanın tanınmış siyasi eksperti Qriqori Trofimçuk Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginliyi şərh edərkən bildirib.

“Ermənistan və Azərbaycan ordularının qarşılıqlı zərbələri və yeni qurbanlar barədə, Yerevan ənənəvi olaraq Bakının aqressiyada günahlandırır. Bakı Yerevanı ittiham edir.

Əgər əlimdə belə imkan olsaydı, mən birbaşa bu gün ATƏT-in Minsk Qrupu həmsədrlərini restoranlardan və yataqdan çıxarıb, “Kimdir aqressor?” sualına dəqiq cavab tələb edərdim.

Əks halda, Minsk Qrupu dərhal buraxılmalıdır. Belə ki, o, baş verənlərə görə heç bir məsuliyyət daşımır. Minsk Qrupu heç nəyə nəzarət etmir.

Demək, onun heç bir faydası yoxdur”, - deyə, rusiyalı politoloq qeyd edib.(oxu.az)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...