“Ermənistan öz itkilərini gizlətməyə cəhd göstərir” - MN rəsmisi | Eurasia Diary - ednews.net

5 Avqust, Çərşənbə


“Ermənistan öz itkilərini gizlətməyə cəhd göstərir” - MN rəsmisi

Siyasət A- A A+

“Səhər saatlarında Azərbaycan ordusunun bölmələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində düşmənin dərinlikdə yerləşən mövqelərinə, dayaq məntəqəsinə, artilleriya qurğularına və canlı qüvvəsinə zərbələr endirilib”.

EDNews.net xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik Vaqif Dərgahlı iyulun 12-də erməni təxribatının baş verdiyi Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə münasibət bildirərkən deyib.

V.Dərgahlı Azərbaycan ordusunun düşmən təxribatına verdiyi adekvat cavab nəticəsində qarşı tərəfin xeyli itki verdiyini bildirib:

“Bölmələrimiz tərəfindən düşmənin dayaq məntəqəsinə, canlı qüvvəsinə endirilən zərbələr nəticəsində Ermənistan tərəfi çoxsaylı itki verib. Sadəcə olaraq, həmişə olduğu kimi, Ermənistan öz itkilərini gizlətməyə cəhd göstərir. Lakin düşünürük ki, yaxın saatlarda bu barədə məlumat verəcəklər”.

Nazirliyin sözçüsü iyulun 12-si və gecə saatlarında Ermənistan - Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə ordumuzun bölmələrinin də itki verdiyini dilə gətirib:

“Təəssüf ki, bu istiqamətdə gedən döyüşlərdə Azərbaycan ordusunun bölmələri də itki verib. Dörd hərbi qulluquçumuz şəhid olub. Yaralı hərbçi qulluqçularımız var. Onlara dərhal tibbi müdaxilə edilib və həyati təhlükələri aradan qaldırılıb. Müdafiə Nazirliyi şəhid ailələrinə başsağlığı verir, yaralılara şəfa diləyir”.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...