BMT baş katibi Azərbaycan və Ermənistana müraciət edib | Eurasia Diary - ednews.net

14 Avqust, Cümə


BMT baş katibi Azərbaycan və Ermənistana müraciət edib

Siyasət A- A A+

BMT baş katibi Antoniu Quterreş Azərbaycan-Ermənistan sərhədində döyüş hərəkətlərini təcili dayandırmağa çağırıb.

EDNews.net xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrikun bəyanatında deyilir.

"Baş katib döyüş hərəkətlərini təcili dayandırmağa çağırır, həmçinin bütün cəlb edilmiş tərəflərdən vəziyyətin deeskalasiisyası üzrə təcili addımlar atmağı xahiş edir", - Dyujarrik vurğulayıb.

Onun sözlərinə görə, baş katib həmçinin tərəfləri fitnəkar ritorikadan çəkinməyə çağırıb.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...