Ermənistan odla oynayır - Malik Ayub Sumbal | Eurasia Diary - ednews.net

15 Avqust, Şənbə


Ermənistan odla oynayır - Malik Ayub Sumbal

Siyasət A- A A+

Beynəlxalq məsələlər üzrə təhlilçi və şərhçi Malik Əyyub Sumbal Ermənistan-Azərbaycan sərhədindəki son vəziyyətlə bağlı EDNews.net-ə açıqlama verib.

Azərbaycanın Tovuz rayonunda Ermənistan tərəfindən qorxaqcasına törədilmiş təcavüz aktı beynəlxalq sərhədlərin və hüquq normalarının açıq şəkildə pozulmasıdır. Bu hərəkətlə əslində Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini Dağlıq Qarabağla bağlı dinc dialoq və danışıqlar prosesindən yayındırmağa cəhd edir.

Erməni təcavüzü bütün Cənubi Qafqaz bölgəsini təhlükə altına qoya bilər. 12-13 İyul 2020-ci ildə cəbhədə baş vermiş insident Azərbaycana birbaşa hücum kimi qiymətləndirilir və bu hadisənin nəticələri böyük fəlakətə səbəb ola bilər.

Qlobal güclər Ermənistanın Azərbaycan ərazisinə müdaxiləsi ilə bağlı çıxış edərək ciddi tədbirlər görməlidirlər. Ermənistanın bu hərəkəti Azərbaycanın suverenliyinə açıq təhdiddir.

Ermənistan Dağlıq Qarabağla bağlı hüquqi və mənəvi mövqeyini itirir və BMT-nin qətnamələrinə əsasən Dağlıq Qarabağın sülh yolu ilə həlli üçün beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana olan təzyiqlər artır. Hazırda Ermənistan bu kimi diplomatik addımlardan yaxasını kənara çəkərək Tovuzda daha bir cəbhə açmışdır.

Bütün dünya Covid- 19-a qarşı mübarizə apardığı bir zamanda Ermənistanın Baş naziri bölgəni müharibəyə sürükləyən və qan tökülməsinə səbəb olan çox təhlükəli bir yolu seçib.

 

 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...