ATƏT sədri tərəfləri atəşi dayandırmağa çağırdı | Eurasia Diary - ednews.net

9 Avqust,


ATƏT sədri tərəfləri atəşi dayandırmağa çağırdı

Siyasət A- A A+
"Ermənistan və Azərbaycan sərhədi boyunca artan gərginlikdən dərin narahatlıq keçirirəm və tərəfləri daha çox insan tələfatı baş vermədən atəşkəsə dərhal qayıtmağa çağırıram"
 
EDNews.net xəbər verir ki, bunu ATƏT-in hazırkı sədri, Albaniyanın baş naziri, Avropa və Xarici İşlər naziri Edi Rama deyib.
 
Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik tərəflərlə yaxın əlaqədədir və vəziyyəti stabitlləşdirmək üçün səy göstərir. Azərbaycan və Ermənistan liderləri arasında birbaşa əlaqə 2019-cu ilin martında Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Vyanada görüş zamanı qurulub.
 
Edi Rama belə bir mexanizmin vəziyyətin de-eskalasiyası üçün istifadə edilə biləcəyinə ümidvar olduğu vurğulanıb.
 
ATƏT sədri hər iki tərəfdən həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralılarla bağlı narahatlığını ifadə edib: ““Biz mümkün olan hər şeyi etməliyik ki, münaqişənin insanlara təsiri azalsın və tezliklə əsaslı danışıqlar başlasın".

 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...