Tovuz istiqamətində törədilən son təxribatlarla bağlı siyasi partiyaların milli həmrəyliyə dair BƏYANATI

Siyasət 13:25 15.07.2020

İyul ayının 12-də Ermənistan hərbi qüvvələri dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycanın Silahlı Qüvvələrinin mövqelərinə qəfildən və xaincəsinə hücum edərək növbəti hərbi təxribat törədib.

Azərbaycan Ordusunun təxirəsalınmaz və adekvat tədbirləri nəticəsində erməni tərəfinin hücumunun qarşısı qətiyyətlə alınıb, düşmənə layiqli cavab verilib. Erməni tərəfi ciddi itkilər verərək geri oturmağa məcbur edilib.

Erməni hərbiçiləri iyul ayının 13-də və 14-də də döyüşləri davam etdirib, habelə Ermənistan - Azərbaycan sərhədlərinin digər istiqamətlərində təxribatlar törətməyə cəhdlər göstəriblər. Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli zərbələri nəticəsində düşmənin döyüş imkanları sarsıdılıb, böyük sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib.

Düşmənə layiqli cavab verən Silahlı Qüvvələrimiz də təəssüf ki, itkilərə məruz qalıb. Lakin onların qısası yerdə qalmayıb. Şanlı hərbçilərimizin ölümünə bais olanlar həmişə olduğu kimi, ən ağır şəkildə cəzalarını alıblar. Allah şəhidlərimizə rəhmət etsin!

Qeyd etmək lazımdır ki, qanlı toqquşmalara yol verilməməsi naminə atəşkəs rejiminin tətbiq olunmasına baxmayaraq, erməni tərəfinin təmas xəttində və sərhəd zonalarında vaxtaşırı qanlı təxribatlar törətməsi pis adət halını alıb.

Erməni rəhbərliyi birinci dəfə deyildir ki, öz ölkəsi daxilində üzləşdiyi və həlli qarşısında aciz qaldığı ağır problemlərdən sərhəddə və ya təmas xəttində iyrənc hərbi təxribatlar törətməklə yaxa qurtarmağa çalışır.

Ağır epidemioloji vəziyyətdən və sosial iqtisadi sıxıntılardan cana doymuş xalqın qəzəbindən yayınmaq üçün Paşinyanın diktatura rejiminin hərbi təxribatlara əl atması onun yürütdüyü siyasətin Ermənistanın əvvəlki xunta rejimlərinin yürütdüyü siyasətdən azacıq da olsa fərqlənmədiyinin göstəricisidir.

Azərbaycanın davamlı olaraq artan gücü, beynəlxalq nüfuzu, hərbi qüdrəti, diplomatiyamızın uğurları və bütün bunların məntiqi nəticəsi olaraq dünya birliyinin ermənilərin mənfur siyasətinin həqiqi sifətini tanıması, habelə Ermənistanın Dağlıq Qarabağın müstəqilliyinə bəslədiyi xülyaların puç olması xain və qisasçı erməni siyasi rejimini hərbi təxribatlar törətmək kimi təhlükəli və qanlı üsullara əl atmağa vadar edən digər səbəblərdir.

Növbəti erməni təxribatının münaqişə zonası olan Dağlıq Qarabağ bölgəsindən kənar sərhəd zonasında baş verməsi təsadüfi deyildir və onu törədənlərin məkrli və çirkin niyyətlərindən xəbər verir. İnsan tələfatları ilə müşayiət olunan, bölgədə gərginliyin, qarşıdurmanın və müharibə təhlükəsinin artmasını birbaşa hədəfə alan erməni təxribatlarının cilovlanması üçün dünya birliyinin, beynəlxalq təşkilatların, ələlxüsus vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun səsini ucaltmasının, təcavüzkarın yerində oturdulması üçün ən təsirli addımlar atmasının vaxtı çoxdan çatıb.

Dünya, nəhayət ki, erməni təxribatlarının və bu təxribatların arxasında duran Ermənistanın siyasi hakimiyyətinin artıq neçə illərdir bölgədə sülh və sabitliyə ən böyük təhlükəyə çevrildiyinin fərqində olmalıdır.

Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik.

Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik.

1. Yeni Azərbaycan Partiyası – Əli Əhmədov

2. AĞ Partiya – Tural Abbaslı

3. Ana Vətən Partiyası – Fəzail Ağamalı

4. Aydınlar Partiyası – Qulamhüseyn Əlibəyli

5. Azadlıq Partiyası – Əhməd Orucov

6. Azərbaycan Azad Respublikaçılar Partiyası – Kamil Seyidov

7. Azərbaycan Demokrat Partiyası – Sərdar Cəlaloğlu

8. Azərbaycan Demokratik Maarifçilik Partiyası – Elşən Musayev

9. Azərbaycan Xalq Demokratik Partiyası – Rafiq Turabxan

10. Azərbaycan Kommunist Partiyası – Hacı Hacıyev

11. Azərbaycan Liberal Demokrat Partiyası – Fuad Əliyev

12. Azərbaycan Milli Demokrat Partiyası – Tufan Kərimov

13. Azərbaycan Milli İstiqlal Partiyası – Arzuxan Əlizadə

14. Azərbaycan Mübarizləri Partiyası – Ağadur Müslümov

15. Azərbaycan Naminə Alyans Partiyası – Abutalıb Səmədov

16. Azərbaycan Respublikaçılar Partiyası – Sübut Əsədov

17. Azərbaycan Sosial Demokrat Partiyası – Araz Əlizadə

18. Azərbaycan Sosial Rifah Partiyası – Əsli Kazımova

19. Azərbaycan Təkamül Partiyası – Teyyub Əliyev

20. Azərbaycan Ümid Partiyası – İqbal Ağa-zadə

21. Azərbaycan Yurddaş Partiyası – Mais Səfərli

22. Birlik Partiyası – Xudadat Xudiyev

23. Böyük Azərbaycan Partiyası – Elşad Musayev

24. Böyük Quruluş Partiyası – Fazil Mustafa

25. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – Qüdrət Həsənquliyev

26. Cümhuriyyət Xalq Partiyası – Bədrəddin Quliyev

27. Demokratik Azərbaycan Dünyası Partiyası – Əlisahib Hüseynov

28. Demokratik İslahatlar Partiyası – Asim Mollazadə

29. Ədalət Partiyası – İlyas İsmayılov

30. Gələcək Azərbaycan Partiyası – Ağasif Şakiroğlu

31. Klassik Xalq Cəbhəsi Partiyası – Mirmahmud Fəttayev

32. Qorqud Partiyası – Firudin Kərimov

33. Milli Demokrat İdrak Partiyası – Osman Əfəndiyev

34. Milli Dirçəliş Hərəkatı Partiyası – Fərəc Quliyev

35. Milli Konqres Partiyası – İxtiyar Şirinov

36. Milli Vəhdət Partiyası – Yunus Oğuz

37. Müasir Müsavat Partiyası – Hafiz Hacıyev

38. Müstəqil Xalq Partiyası – Əflan İbrahimov

39. Vahid Azərbaycan Milli Birlik Partiyası – Hacıbaba Əzimov

40. Vəhdət Partiyası – Tahir Kərimli

41. Vətəndaş Birliyi Partiyası – Sabir Hacıyev

42. Vətəndaş Həmrəyliyi Partiyası – Sabir Rüstəmxanlı

43. Yeni Zaman Partiyası – Musa Ağayev

15 iyul 2020-ci il.

"Dünya xaosa doğru sürüklənir" - Deputat Əli Məsimli ilə Müzakirə - VİDEO

Xəbər xətti

Biləsuvarda əmək yarmarkası keçiriləcək
21:40 16.04.2024
Taksi qiymətləri yenidən bahalaşıb? - Müştərilər şikayətçidirlər
21:33 16.04.2024
Tbilisidə regional konfransda Azərbaycanda istilik təchizatı sahəsində görülən işlərdən danışılıb
21:21 16.04.2024
IMF Azərbaycanda inflyasiyanın gerilədiyini proqnozlaşdırır
21:00 16.04.2024
Serbiya Prezidenti COP-29-a dəvət edilib
20:50 16.04.2024
Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
20:43 16.04.2024
Qırmızı Meydanın bağlanma səbəbi açıqlanıb
20:40 16.04.2024
IMF Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını yaxşılaşdırıb
20:20 16.04.2024
Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək
20:00 16.04.2024
Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib
19:50 16.04.2024
Moskvanın Qırmızı Meydanı BAĞLANDI
19:44 16.04.2024
"Dünya xaosa doğru sürüklənir" - Deputat Əli Məsimli ilə Müzakirə - VİDEO
19:30 16.04.2024
Qəzzada ölənlərin sayı 34 minə YAXINLAŞIR
19:20 16.04.2024
Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU
19:10 16.04.2024
Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
18:56 16.04.2024
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
18:47 16.04.2024
Bakıda yol qəzası sıxlığa səbəb olub
18:38 16.04.2024
Azərbaycanın cəsur qadınları QARABAĞDA! - VİDEO - FOTOLAR
18:32 16.04.2024
Umud Mirzəyev: “Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində səsləndirdiyi iddialar absurddur”
18:30 16.04.2024
Kirakosyandan Azərbaycana qarşı növbəti təxribat dolu İDDİALAR - VİDEO
18:21 16.04.2024
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
18:19 16.04.2024
Sabah Bakının üç rayonunda qaz olmayacaq
18:10 16.04.2024
Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır
17:47 16.04.2024
Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına gedir
17:35 16.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı əssasız İDDİALAR - VİDEO
17:30 16.04.2024
Azad edilmiş ərazilərdəki yaylaqlara 4 mindən çox fermer KÖÇƏCƏK
17:25 16.04.2024
Rusiyada TikTok bloklana bilər
Rusiyada TikTok bloklana bilər
17:17 16.04.2024
Daha 156 ailə Füzuli şəhərinə köçürüləcək
17:00 16.04.2024
İran Prezidenti Putinə zəng edib
16:55 16.04.2024
Tiktoker “Semka” HƏBS OLUNDU
16:50 16.04.2024
AÇG-dəki yeni ACE platformasından hasilat BAŞLANDI
16:40 16.04.2024
Twitter yeni istifadəçilər üçün ÖDƏNİŞLİ OLDU
Twitter yeni istifadəçilər üçün ÖDƏNİŞLİ OLDU
16:35 16.04.2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
16:20 16.04.2024
Misirdən ŞOK XƏBƏR: Hüsnü Mübarək hələ YAŞAYIR? - VİDEO
Misirdən ŞOK XƏBƏR: Hüsnü Mübarək hələ YAŞAYIR? - VİDEO
16:15 16.04.2024
Maqnit qasırğasından necə qorunaq? - Həkim AÇIQLAYIR
16:00 16.04.2024
İsrail-İran konflikti Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? - Açıqlama
15:30 16.04.2024
Azərbaycanda baş redaktor və müxbir həbs edildi
15:15 16.04.2024
Füzuli şəhərində infrastruktur necə qurulur? - VİDEO
15:00 16.04.2024
“İran və İsrail arasında münaqişənin alovlanması...” – İngilis Politoloqdan ÖZƏL ŞƏRH
14:50 16.04.2024
Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
14:40 16.04.2024
Hamısı