Bakıda Azərbaycan Ordusuna dəstək yürüşü keçirilib - VİDEO | Eurasia Diary - ednews.net

9 Avqust,


Bakıda Azərbaycan Ordusuna dəstək yürüşü keçirilib - VİDEO

Siyasət A- A A+

Bakının ayrı-ayrı yerlərində, küçə və prospektlərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib.

EDNews.net “Report”a istinadən xəbər verir ki, əllərində Azərbaycan bayraqlarını tutmuş minlərlə insan küçələrə axışaraq “Qarabağ”, "Qarabağa azadlıq" şüarlarını səsləndiriblər.

Əsasən gənclərin iştirak etdiyi aksiyada habelə hərbçilərə dəstək nümayiş etdirilib, şəhidlərin xatirəsi ehtiramla yad olunub. Aksiya Şəhidlər Xiyabanına yürüşlə davam edib.

Qeyd edək ki, aksiya respublikamızın digər şəhər və rayonlarında da təşkil olunub.  

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...