Oxu.Az-ın Azərbaycan-Ermənistan sərhədində hərbi əməliyyatların davam etdiyi Tovuz rayonuna ezam olunmuş müxbiri Ermənistan Silahlı Qüvvələrinin Qaraqaya postuna sahib olmağa cəhd göstərməsinin səbəbləri barədə danışdığı video çəkib.
“Biz Tovuz rayonunun Ağdam kəndində təqaüdçü Minayə Qasımovanın Ermənistan Silalı Qüvvələrinin hücumundan zərər görmüş həyətyanı sahəsindəyik. Buraya 122 millimetrlik qumbaraatan mərmisi düşüb və hasara zərər vurub, zərbə dalğası evin pəncərələrinin şüşələrini sındırıb”, - deyə müxbir bildirib.
Onun sözlərinə görə, sözügedən sahə Ermənistan Silahlı Qüvvələrinin tutmağa çalışdığı Qaraqaya postunun yaxınlığındadır.
Əməkdaşımızın sözlərinə görə, postun ələ keçirilməsinin başqa bir səbəbi KTMT ölkələrini münaqişəyə cəlb etmək istəyi olub.
“Bu, 30 il əvvəl Ermənistanın başlatdığı münaqişəyə beynəlxalq ictimaiyyətin cəlb olunması, habelə strateji dəmir yolu və qaz marşrutlarına nəzarət üçün yaxşı əsasa malik, diqqətlə hazırlanmış plandır”, - video reportajda deyilir.