Ermənilər Azərbaycanın Parisdəki səfirliyinə hücum etdilər Fransa səfiri XİN-ə çağrıldı

Siyasət 18:15 15.07.2020

15 iyul 2020-ci il tarixində Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib.

XİN-dən verilən məlumata görə, görüşdə Xarici İşlər nazirinin müavini Xələf Xələfov Ermənistan silahlı qüvvələrinin iyul ayının 12-də artilleriya və ağır silahlardan istifadə etməklə Ermənistan-Azərbaycan sərhədində Tovuz rayonu istiqamətində hücumlara başladığını və onun nəticəsində 1 general da daxil olmaqla 11 azərbaycan hərbçisinin və 1 mülki şəxsin həlak olduğunu diqqətə çatdırıb.

Hücumları dəf etmək və atəş nöqtələrini ləğv etmək məqsədi ilə Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi tədbirlər nəticəsində çoxsaylı itkilər verən Ermənistan silahlı qüvvələrinin geri oturdulduğunu bildirib.

Nazir müavini qeyd edib ki, bu təcavüz aktını törətməkdə məqsəd Azərbaycan ərazilərində yeni mövqeləri ələ keçirməklə işğalın əhatəsini genişləndirərək sərhəd zonasında yaşayan mülki əhalini məcburi köçkün vəziyyətinə salmaqdır.

X. Xələfov bu təxribatçı əməlin təcavüzkar Ermənistanın rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi nəzərdən keçirilməli olduğunu vurğulayıb. O, Ermənistan rəhbərliyinin bu məkrli niyyətinin eyni zamanda region ölkələrini və üzv olduğu hərbi-siyasi blokları Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi orbitinə cəlb etməklə digər dövlətləri təcavüzkar ölkə kimi üzərinə düşən beynəlxalq məsuliyyətə bulaşdırmaqdan ibarət olduğunu bildirib.

Nazir müavini Ermənistan hakimiyyətinin bu avantürist təxribatının alınmadığından narahat olan Fransadakı, xüsusilə Parisdəki erməni havadarlarının Azərbaycana qarşı düşmənçiliklərini gizlədə bilmədiklərini qeyd edib. Belə ki, təşkil edilmiş radikal qrupların iyul ayının 13-dən 14-nə keçən gecə (Fransanın milli bayramı günü, saat 2-3 radələrində) Azərbaycan səfirliyinə və Mədəniyyət Mərkəzinə hücumlar təşkil etmiş və səfirliyimizin binasına qarşı vandal aktı törətmişlər.

X.Xələfov baş vermiş insidentlə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Fransa tərəfinə qəti etiraz etdiyini, bu vandalizm aktının araşdırılmasını, törədənlərin hərəkətinə hüquqi qiymət verilməsini tələb etdiyini diqqətə çatdırıb. O, Fransa Hökuməti tərəfindən Azərbaycanın Parisdəki diplomatik missiyasının binalarının mühafizəsinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini istəyib.

X.Xələfov, Azərbaycan tərəfinin Fransadan Minsk Qrupunun həmsədri olaraq münaqişənin həlli istiqamətində real addımlar atılmasını, eləcə də Fransanın seçkili orqanlarının bəzi nümayəndələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “qurum”u təşviq edən hər hansı fəaliyyətinin, o cümlədən “humanitar layihələr adı ilə, qarşısının alınması üçün bütün zəruri tədbirləri görməsini gözlədiyimizi bildirib.

Nazir müavini, baş verənlərin bir daha ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların mahiyyətini şübhə altına aldığını və Minsk Qrupunun rolunu və fəaliyyətini sual altına qoyduğunu vurğulayıb. O,  Azərbaycan ictimaiyyətində Minsk Qrupunun fəaliyyəti ilə bağlı ciddi narazılıqların getdikcə artmaqda olduğunu, Minsk Qrupu həmsədrlərinin Ermənistana işğalçı siyasətinə son qoymasına və beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməsi üçün açıq çağırışlar etmək əvəzinə, hər dəfə ümumi bəyanatla kifayətləndiyini qeyd edib.

X.Xələfov münaqişənin həllinin süni surətdə uzadılmasının regional sabitlik və təhlükəsizlik üçün yeni risklər və çağırışlara münbit şərait yaradaraq daha geniş regional münaqişələrə yol açacağını vurğulayıb.

O, Ermənistan Respublikasının bu cinayətkar addımları atmaqla 30 ildən bəri davam edən və Azərbaycan torpaqlarının 20%dən çoxunu işğal altında saxlayan təcavüzkar siyasətinin davam etdirilməsində israrlı olduğunu nümayiş etdirdiyini bildirib.

X.Xələfov, hadisələrin bu məcrada inkişafına Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik missiyasını həyata keçirən beynəlxalq təşkilat və nüfuzlu dövlətlərin təcavüzkar Ermənistana loyal və yumşaq münasibət bəsləməsi, beynəlxalq birliyin Ermənistanın törətdiyi cinayətlərə görə məsuliyyət daşımasına göz yummasının şərait yaratdığını vurğulayıb.

O, vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi təhrikedici əməllərə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib. Bugünkü Ermənistan Respublikası hakimiyyətinin siyasətinin sülh danışıqlarının hər vəchlə pozmaq, onların mahiyyətini saxtalaşdırmaq, işğal olunmuş Azərbaycan ərazilərinin azad olunmasından boyun qaçırmaqdan ibarət olduğunu diqqətə çatdırıb. Bu proseslərin dünya birliyi və Minsk Qrupu həmsədrlərinin gözü qarşısında baş verdiyini və adekvat tədbirlərin görülməməsinin daim Azərbaycan xalqını məyus etdiyini söyləyib.

X.Xələfov, Azərbaycanın hüquqlarının on illərdən bəri ardıcıl olaraq pozulması və onun haqq işinə biganəliyin Azərbaycan xalqının və onun qətiyyətli rəhbərliyinin səbir kasasını doldurduğunu, Azərbaycan xalqının və dövlətinin yaşamaq və inkişaf hüququnun təcavüzkar tərəfindən daim tapdalanmasına yol verilməyəcəyini vurğulayıb.

Yaranmış vəziyyətin Azərbaycanın BMT Nizamnaməsində təsbit olunmuş özünü müdafiə hüququna əsaslanaraq təcavüzün dayandırılması, işğal olunmuş ərazilərinin azad olunması üçün təxirə salınmadan tədbirlərin həyata keçirməsini tələb etdiyini bildirib.

Nazir müavini, Ermənistan Respublikasının Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına və ya işğal edilmiş ərazilərin Ermənistana birləşdirilməsinə yol verilməyəcəyinə dair özünə hesabat verməli olduğunu diqqətə çatdırıb.

Fransanın Azərbaycandakı səfiri ölkəsinin iyul ayının 12-dən başlayaraq, Azərbaycan və Ermənistan sərhədində baş verənləri diqqətlə izlədiyini və insan tələfatına səbəb olmuş bu hadisələrdən dərin təəssüf və narahatlıq keçirdiklərini bildirib, Azərbaycan tərəfinə başsağlığı verib.

Səfir, nazir müavininin səsləndirdiyi Azərbaycan dövlətinin və xalqının narahatlıqlarını anladığını, ölkəsinin ATƏT-in Minsk Qrupunun həmsədri qismində Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün səylərini davam etdirəcəyindən əmin edib.

O,  Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan münaqişəsi, eləcə də Parisdə Azərbaycan səfirliyinə qarşı törədilmiş vandal aktı ilə bağlı narahatlığı və gözləntiləri ilə bağlı mesajların aydın şəkildə Parisə çatdıracağını vəd edib.     

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Hamısı