Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun mövqelərinə hücumunu pisləyən bəyanat yaydı

Siyasət 13:32 16.07.2020

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun mövqelərinə hücumunu qınayan bəyanat verib.

EDNews.net bəyanatın tam mətnini təqdim edir.

Ermənistanın Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozması  dünyada sülh və əminanlığa  növbəti  təhdiddir.

Məlum olduğu kimi, son günlər Ermənistan silahlı qüvvələrinin mütəmadi şəkildə atəşkəs rejimini pozaraq Azərbaycan Respublikasının mövqelərini atəşə tutması hərbi qulluqçuların ölümünə və yaralanmasına səbəb olmuşdur. Eyni zamanda Ermənistan öz məkirli və çirkin siyasətini davam etdirərək cəbhə bölgəsinə yaxın ərazilərdə yaşayan kəndlərin dinc əhalisini iri çaplı silahlardan və ağır artireliyadan istifadə edərək atəşə tutmuşdur. Nəticədə dinc sakinlərdən də həlak olan və yaralananlar olmuşdur. 

Belə ki, 2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri artilleriya qurğularından istifadə etməklə ölkəmizin Ermənistanla sərhədində yerləşən Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərmişdir.

Təəssüflə qeyd edək ki, BMT  Təhlükəsizlik Şurasının məlum 822, 853, 874, 884 saylı qətnamələrinə bu günədək əməl etməyən, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan tərəfindən beynəlxalq səviyyədə tanınan Azərbaycanın ərazi bütövlüyünə növbəti təxribatı da yolverilməzdir. Dünya ictimaiyyəti bilməlidir ki, Dağlıq Qarabağ münaqişəsində işğalçı ilə işğala məruz qalana eyni səviyyədə yanaşma Azərbaycan xalqına qarşı ayrıseçkilikdir.

Azərbaycan Respublikası tolerant və multukultural dəyərləri ilə dünyada sülhün bərqərar olmasına daha çox səbr və qətiyyətlə yanaşmışdır. Ərazisi işğal altında olan və daim erməni atəşi altında yaşayan Azərbaycan xalqı daim dözüm nümayiş etdirmiş, münaqişənin dinc yolla həllinə çalışmışdır. Əfsuslar olsun ki, erməni tərəfi bu dəfə də Azərbaycanın humanizmindən öz mənfur əməlləri üçün istifadə etmişdir.

Bu gün biz veteranlar bir daha dünya ictimaiyyətini, xüsusilə də Dünya Veteranlar Federasiyasını və digər nüfuzlu beynəlxalq qurumları respublikamızın BMT tərəfindən tanınmış ərazilərinin işğaldan azad olunması, Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə layiqli hüquqi qiymət verilməsi və beynəlxalq hüquq normalarının pozulmasının qarşısının alınması, eləcə də Dağlıq Qarabağ münaqişəsi nəticəsində soydaşlarımızın pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində müvafiq səylərlə çıxış etməyə -  zəruri addımlar atmağa və təxriəsalınmaz tədbirlər görməyə çağırırıq.

Bəyanatı Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov yaymışdır

PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO

Xəbər xətti

Robotik Reabilitasiya Mərkəzində insult və neyrotravma bölməsi yaradılacaq
23:07 11.07.2025
İsrail ordusu HƏMAS-ın altı komandirini məhv edib
22:19 11.07.2025
Tələb təqaüdündən tutulan pullar hara gedir?
21:55 11.07.2025
Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər
21:24 11.07.2025
"Qarabağ" Niderland klubunu məğlub edib
20:52 11.07.2025
“Rheinmetall” Ukraynaya yeni səyyar səhra xəstəxanası verib
20:15 11.07.2025
Sahibə Qafarova Srebrenitsa qurbanlarının anım mərasimində iştirak edib
19:45 11.07.2025
“Lui Vitton”kiberhücuma məruz qalıb
19:04 11.07.2025
Tramp Braziliya Prezidenti ilə tarifləri müzakirə edə bilər
18:34 11.07.2025
PKK silahını necə yerə qoyacaq? –Analitik Baxış
18:19 11.07.2025
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim
18:02 11.07.2025
Azərbaycan Mətbuat Şurasında "Turan işığında 150 il" adlı tədbir keçirilib
17:47 11.07.2025
"Rusiya üçün "yeni sürprizlər" hazırlanır" -Müsahibə
17:32 11.07.2025
"Mənə qarşı ayrıseçkilik edildi"
17:17 11.07.2025
Acun Ilıcalı "Hall Siti"ni satır
17:02 11.07.2025
"ABŞ və Çin liderlərinin görüş ehtimalı yüksəkdir"
16:47 11.07.2025
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq
16:35 11.07.2025
Daha iki abidəmiz UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib
16:22 11.07.2025
Evlənənlər çoxalıb, boşananlar azalıb
16:07 11.07.2025
i Konstantin Strukovun qızıl imperiyası dövlətləşdirildi
15:55 11.07.2025
"Xalq" və "Respublika"-nın birləşməsi əməkdaşlarına necə təsir edəcək?
15:38 11.07.2025
ABŞ-ın Vaşinqton Universitetinin Assistent Tədqiqat Professoru Aytəkin Hüseynlinin seminarı təşkil edildi
15:23 11.07.2025
"Biz hər yerdəyik"
15:20 11.07.2025
"Ukraynaya veriləcək ABŞ silahlarının pulunu NATO müttəfiqləri verəcək"
15:05 11.07.2025
Viktor Osimhenin keçidi bu gün rəsmiləşəcək
14:50 11.07.2025
"Danone" MMC ləğv olundu
14:35 11.07.2025
Dünya Srebrenitsaya niyə susdu?
14:20 11.07.2025
ASEAN qlobal ticarət gərginliyindən narahatdır
14:05 11.07.2025
PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO
13:55 11.07.2025
Ukrayna Rusiya ordusunun 2 polkovnikini qətlə yetirdi
13:50 11.07.2025
Kanada Hərbi Hava Qüvvələrinə qadın rəhbər təyin olunub
13:35 11.07.2025
Yaşayış minimumu kriteriyaları yenilənəcək
13:20 11.07.2025
Lavrov Mertzə xəbərdarlıq etdi
13:05 11.07.2025
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
12:50 11.07.2025
Qanunsuz abortlarla bağlı yeni qanun qəbul ediləcək
12:35 11.07.2025
Ukraynanın səmasını Fransa və Böyük Britaniya qoruyacaq
12:15 11.07.2025
"Qızıml əcəl apardı" -Hovuzda boğulan balaca Nərminin anası danışdı
12:02 11.07.2025
Tramp "Supermen" oldu
12:00 11.07.2025
"Rusiya Ukraynaya 500 milyard avro ödəməlidir"
11:45 11.07.2025
Türkiyədə PKK terroru dövrünün sonu başlayır
11:30 11.07.2025
Hamısı