Ermənilər Polşadakı Azərbaycan səfirliyinə qarşı TƏXRİBAT hazırlayır | Eurasia Diary - ednews.net

5 Avqust, Çərşənbə


Ermənilər Polşadakı Azərbaycan səfirliyinə qarşı TƏXRİBAT hazırlayır

Siyasət A- A A+

Ermənilər Polşadakı Azərbaycan Səfirliyinin qarşısında icazəsiz aksiya keçirməyi planlaşdırır.

Bu barədə Modern.az-a Polşada Azərbaycan Diaspor Təşkilatının rəhbəri Fərid Cəfərli məlumat verib. Diaspor rəhbəri ermənilərə cavab olaraq Polşadakı həmvətənlərimizi bir olmağa çağırır:

"16 iyul saat 14:00-da ermənilərdən ibarət bir qrup Polşadakı Azərbaycan Səfirliyinin qarşısında icazəsiz aksiya keçirməyi planlaşdırır. Bununla bağlı kütləvi paylaşım və çağırışlar edirlər.

Bunun qarşısını almaq məqsədi ilə sabah saat 13:00-da hamımız bir nəfər kimi bayraqlarımızla səfirliyimizin qarşısında olmalıyıq . Gəlin birlikdə bu təxribatın qarşısını alaq".

Diaspor nünmayəndəsi hazırda Polşadakı vətəndaşlarımız toplanmasına nəzarət edir.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...