Ötən gün Türkiyənin İstanbul şəhərində Azərbaycanla-Ermənistan sərhədində baş verən döyüşlərə dəstək aksiyası keçirilib.
İTV-nin hadisə yerində olan müxbiri xəbər verir ki, Beşiktaş meydanında keçirilən aksiyada azərbaycanlılarla yanaşı, Türkiyə vətəndaşları, Türkiyənin mədəniyyət və ictimaiyyət xadimləri iştirak edib.
Aksiyada “Azərbaycan, biz səninləyik”, “Qarabağ Azərbaycan yurdudur”, “Azərbaycan, yalnız deyilsən” şüarları səsləndirilib.
Daha sonra isə Beşiktaşda yerləşən Demokratiya abidəsinin önündən başlayan yürüş keçirilib.