Avropada “dinc erməni etirazı” adı altında terrorçuların tərəfdarları çıxış edirlər

Siyasət 19:17 22.07.2020

Haaqadakı (Niderland) erməni diasporunun nümayəndələri bir neçə gün əvvəl Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Onlar Azərbaycan hərbçilərinin Ermənistanın Tovuz bölgəsinə endirdiyi zərbəyə cavab olaraq başladığı hərbi əməliyyatların birtərəfli qaydada dayandırılmasını tələb ediblər.

Aksiya zamanı çəkilmiş videoda geyindiyi ağ köynəyin üzərində ASALA (ASALA – “Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu”) yazılan və müvafiq rəmzlər olan gənc kişi görünür. Bu, toplanışın terror təşkilatı tərəfdarlarının iştirakı və dəstəyi ilə təşkil olunduğunu göstərir.

ASALA nədir?

Erməni radikallarının 1975-ci ildə yaratdığı ASALA təşkilatı Yaxın Şərqdə və Avropada fəaliyyət göstərib. ABŞ Dövlət Departamenti ASALA-nı terror təşkilatları siyahısına daxil edib.

Təşkilat üzvləri terror aktları, Türkiyənin diplomatik orqanlarına silahlı hücumlar və türk diplomatlarına qarşı siyasi qətllər həyata keçiriblər. 1981-ci ildə ASALA yaraqlıları Parisdəki Türkiyə konsulluğuna silahlı hücum ediblər, Fransa, İtaliya və İsveçrədə daha bir sıra terror aktları törədiblər.

1982-ci ildə təşkilat üzvləri Ankara hava limanında girov götürüb – həmin vaxt bir amerikalı və AFR vətəndaşı da daxil olmaqla, doqquz nəfər ölüb. Dünyanın müxtəlif ölkələrində ASALA-nın terror aktlarının qurbanları vaxtaşırı şəkildə yaraqlıların “mübarizə” üçün zorla pul aldığı ermənilər də olub.

1990-cı illərdə erməni radikalları Zaqafqaziyada da bir neçə terror aktı təşkil ediblər. Bu terror aktlarının qurbanları Gürcüstan, Azərbaycan və Rusiya sakinləri, o cümlədən terror siyasətini dəstəkləməyən ermənilər olublar. Belə ki, 1990-cı ildə ASALA yaraqlıları Tbilisi-Ağdam avtobusunda partlayış, 1994-cü ildə isə Bakı metrosunda iki terror aktı törədiblər. Bu terror aktları nəticəsində onlarla insan həlak olub.

Ermənistan hakimiyyəti terrorçu-qatili necə təqdis edib

ASALA 1983-cü ildə Parisin Orli hava limanında baş verən terror aktından sonra qlobal miqyasda qalmaqallı məşhurluq qazandı. Həmin vaxt təşkilatın üzvü - Suriya ermənisi Varucan Karapetyan güclü partlayıcı qurğu yerləşdirilmiş çamadanı hava limanında qoyub. O, əməllərini etiraf edib və bildirib ki, plana əsasən, bomba Parisdən İstanbula uçan təyyarənin göyərtəsində işə düşməli idi. Lakin bomba vaxtından əvvəl “Turkish Airlines”ın bilet satışı kassasının yaxınlığında partlayıb.

Orlidə terakt

15 iyul 1983-cü il tarixində Parisin Orli hava limanında “Türk Hava Yolları”nın bilet satışı kassasının qarşısında partlayıcı maddə yerləşdirilmiş çamadan partlayıb. Dörd nəfər yerindəcə həlak olub.

Çamadanın içərisində dörd portativ qaz balonuna qoşulmuş 0,5 kq semteks (partlayıcı maddə) olub. Partlayış nəticəsində yaralıların çoxu ağır yanıq xəsarətləri alıb, onlardan dördü xəstəxanada ölüb.

Polis 51 şübhəlini saxlayıb. Onların hamısı ASALA ilə əlaqəli şəxslər olub. Saxlanılanlardan altı nəfər terror aktı törətməkdə ittiham olunub. Teraktın əsas icraçısı Varucan Karapetyan tanınıb. O, bombanın ASALA-nın başqa bir üzvü – Türkiyədə yaşayan erməni Ovannes Semerçinin mənzilində yığıldığını söyləyib.

Minalanmış çamadanla hava limanına gələn Karapetyan onu Paris-İstanbul reysinin sərnişinlərdən birinə verib və 65 dollar müqabilində çamadanı sərnişinin özününkü kimi təhvil verməsini təklif edib. Erməni sövdələşməni özünün həddən artıq yükü olması ilə izah edib.

Araşdırma zamanı bir sıra kütləvi informasiya vasitələri iddia ediblər ki, Fransa hakimiyyəti (sosialistlər) 1982-ci ildə ASALA ilə gizli saziş bağlayıb. Bu sazişə əsasən, terror qruplaşmasına Fransada terakt təşkil etməməyə söz verməsi qarşılığında “erməni soyqırımı”nın rəsmi şəkildə tanınması və terrorçuların ölkənin hava limanlarından maneəsiz şəkildə istifadə etməsinə icazə verilməsi vəd olunub.

Versiyalardan birinə görə, ASALA rəsmi Parisin “soyqırımı” tanımaq vədinə əməl etmədiyi üçün razılaşmanı bilərəkdən pozub. Digər bir versiyaya əsasən isə, səhv baş verib, əslində, bomba təyyarədə, Fransa sərhədlərindən kənarda partladılmalı olub.

Karapetyan ömürlük, bombanı hazırlayan Ovannes Semerçi isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Elə Ermənistanın baş naziri Nikol Paşinyan Bakını növbəti dəfə “ermənilərə qarşı irqi siyasətdə” ittiham edərkən Azərbaycan Prezidenti İlham Əliyev ona məhz ASALA-nı xatırladıb.

“Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları bütün dünyada məşhurdur. Parisin Orli hava limanında terror aktı törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya olunub və Ermənistan prezidenti tərəfindən əfv edilib”, - deyə, İlham Əliyev xatırladıb.

Həqiqətən, Karapetyan ömürlük cəza əvəzinə 17 il dəmir barmaqlıqlar arxasında qaldı, bundan sonra - 2001-ci ildə Ermənistana ekstradisiya edildi və sərbəst buraxıldı. Ölkənin o zamankı baş naziri həmyerlisinin geri qayıtmasından məmnun olduğunu bildirdi, Yerevan meri Robert Nazaryan isə Karapetyanı iş və mənzillə təmin edəcəyinə söz verdi. Nəticədə, Karapetyan Dilicanda özünə ev tikib və burada yaşamağa başlayıb.

Hüquq müdafiəçiləri məhkum olunmuş terrorçunun vətəninə qayıtmasından sonra göstərilən ehtirama görə Ermənistan hakimiyyətini sərt şəkildə tənqid ediblər. Karapetyanın hücumun Türkiyəyə qarşı yönəldildiyini və ASALA üzvü Levon Ekmekçiyan (Esenboğa hava limanına hücumda iştirak edib) edamının qisası olduğunu iddia etsə də, Orlidəki partlayışın qurbanları dörd fransız, bir isveçli və bir amerikalı olub. Həmçinin partlayış zamanı iki türkiyəli də ölüb, ancaq bu, Karapetyanın öldürdüyü insanların böyük əksəriyyətinin Türkiyə vətəndaşı olduğunu açıq şəkildə bildirməsinə mane olmayıb.

Ermənilərin Haaqadakı aksiyası heç də “dinc” xarakter daşımır

Ermənilər tərəfindən Haaqada Azərbaycan səfirliyi yaxınlığında təşkil olunmuş aksiyada ən azı bir ASALA rəmzi daşıyan geyimdə şəxsin olması faktı Niderland hakimiyyəti üçün siqnaldır. Hakimiyyəti erməni terrorçularına səhlənkaralıqla yanaşan Fransa artıq tarixi səhv edib və bu təşkilat heç yerə yoxa çıxmayıb.

Azərbaycan KİV-i Haaqa rəhbərliyinə Azərbaycan səfirliyinin bununla bağlı rəsmi etirazını bildirməsinə baxmayaraq, erməni diasporunun “mitinqi” üçün yeddi saat vaxt ayırmaq qərarını narahatlıq doğuran adlandırır.

Doğrudur, nəticədə, aksiya cəmi iki saat davam edib: hadisəyə Azərbaycan diasporunun nümayəndələri müdaxilə edib və həmin yerdəcə cavab tədbiri təşkil olunub. Onlar əllərində bayraqlar və plakatlarla həmin yerə gəlib, səsgücləndirici ilə erməni qoşunlarının zərbə endirdiyi Tovuz rayonunun yaşayış məntəqələrinin adlarını qışqırıblar. Azərbaycan Silahlı Qüvvələrinin iki ölkənin sərhədindəki hərbi əməliyyatlar zamanı həlak olan hərbçilərinin adları da eyni şəkildə çəkilib.

Nəticədə, erməni aksiya iştirakçıları zor tətbiq etməyə və rəqiblərinə daş və şüşə atmağa başlayıblar. Hadisəyə atlı polislər və xidməti itləri birlikdə hüquq-mühafizə orqanlarının əməkdaşları müdaxilə etməli olub. Ermənilər dağılaraq evlərinə getməyə məcbur qalıblar.

Ermənilərin getməsindən sonra Azərbaycan diasporunun nümayəndələri doğma ölkələrini dəstəkləmək üçün öz aksiyalarını keçiriblər və Ermənistan qoşunlarının sərhəd bölgəsinə təcavüzünə və yaşayış ərazilərinin işğalına etirazlarını bildiriblər.

Azərbaycanın Niderlanddakı səfiri Fikrət Axundov rəsmi Bakı adından doğma ölkələrinin maraqlarını müdafiə etməyə və düşmən təxribatlarına qarşı çıxmağa hazır olduqlarına görə toplananlara minnətdarlığını bildirib.


"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
Şəhərinizin memarlığına heyran oldum- -Özbək jurnalisti-VİDEO
13:00 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Hamısı