Ermənistanın son təxribatları əsas müzakirə mövzusu olub
Azərbaycanla sərhəddə hərbi təxribat törədən Ermənistan hər cür vasitədən istifadə edərək sülh danışıqlarına mane olmağa və yeni münaqişə ocağı yaratmağa çalışaraq status-kvonu qorumaq üçün vəziyyəti daha da mürəkkəb etməyə cəhd edir.
Çünki münaqişə zonası olan işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən yüzlərlə kilometr uzaqlıqda yerləşən Tovuz bölgəsinə hücum üçün heç bir əsaslı səbəb tapmaq mümkün deyil.
Bu barədə Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri Azay Quliyev Almaniyanın yerli telekanalına verdiyi müsahibəsində bildirib.(tvreal.az)