Azərbaycan koronavirusa qarşı mübarizədə uğurlu ölkə nümunəsidir “The Jerusalem Post”

Siyasət 08:48 25.07.2020

Dünyanı cənginə alan koronavirus pandemiyası bir həqiqətdə şübhə yaratmağa məcbur etdi: böhranın aradan qaldırılmasında hər şeydən vacib təkcə onun miqyası və ya iqtisadi potensial deyil, həm də sürətli və müasir fəaliyyət də əsasdır. Bu mənada, Azərbaycanın nisbətən kiçik ölkə olmasına baxmayaraq, indiyədək COVID-19-la mübarizə uğurla və səmərəli aparılıb.

AZƏRTAC xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsrailin nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş “Azərbaycan koronavirusa qarşı mübarizədə uğurlu ölkə nümunəsidir” sərlövhəli məqaləsi bu barədədir.

Məqalə müəllifi yazır ki, Azərbaycan bu gün Avrasiyada İsrailin etibarlı tərəfdaşı və müttəfiqidir, regionda və onun hüdudlarından kənarda sülhə, sabitliyə və tərəqqiyə şərait yaradan müxtəlif birgə layihələrdə iştirak edən, Cənubi Qafqaz regionunda geosiyasi və geoiqtisadi proseslərin lideri olan güclü, müstəqil dövlətdir.

Başqa sözlə desək, Azərbaycan bu gün təhlükəsizlik və sabitliyin təminatçısıdır. Üstəlik, ölkə müasir təhlükə və təhdidlərin qarşısının alınmasında beynəlxalq birliyin səylərini birbaşa dəstəkləyir”, - deyə Arye Qut bildirir.

Azərbaycan Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev deyib: “Pandemiya insanların həyatına təhlükə yaradan, sağlamlıqla bağlı ciddi problemlər əmələ gətirməklə bərabər, həm də qlobal sosial-iqtisadi və humanitar təhdidlər yaradıb ki, onların da fəsadları uzun müddət ərzində hiss olunacaq.

İkinci Dünya müharibəsi ilə müqayisə edilən COVID-19 pandemiyası şəraitində özünütəcrid tədbirləri və natamam hadisələrə deyil, daha çox qlobal həmrəyliyə və qlobal baxışa böyük tələbat mövcuddur”.

Arye Qut vurğulayır ki, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də COVID-19 pandemiyasına cavab olaraq Qoşulmama Hərəkatına üzv ölkələrin Təmas qrupunun onlayn-sammiti təşkil olundu.

“Bu tədbirdə təkcə Qoşulmama Hərəkatının üzvləri deyil, həm də BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirdilər. Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirir və dünyada böyüklüyünə görə Birləşmiş Millətlər Təşkilatından sonra ikinci siyasi təsisatdır”, - deyə Arye Qut qeyd edir.

İsrailli ekspertin fikrincə, Prezident İlham Əliyev qlobal həmrəylik nümunəsi kimi videokonfrans vasitəsilə BMT Baş Assambleyasının pandemiyaya qarşı mübarizəyə həsr edilmiş xüsusi iclasının keçirilməsini təklif edib.

“Prezident Əliyev BMT-nin Baş katibi Antonio Quterreşə Qoşulmama Hərəkatının adından müraciət göndərdi. Təqribən 130 ölkə BMT-nin dəftərxanasına bu təşəbbüsü dəstəklədikləri barədə xəbər verdilər. Bu dəstək beynəlxalq birlik tərəfindən Azərbaycana olan böyük etimadın daha bir sübutudur”, - deyə Arye Qut İsrailin nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində yazır.

Məqalə müəllifi vurğulayır ki, Azərbaycan koronavirusla bağlı aparılan testlərin sayına görə regionda birinci yeri tutur və bu baxımdan bir çox qabaqcıl Avropa ölkələrini geridə qoyur. “Azərbaycanda karantin tətbiq olunub. Ölkədə təşviş yoxdur. Dövlət təsisatlarına inam var, vətəndaşlar başa düşürlər ki, onlarla humanist rəftar ediləcək. Məhz sosial cəhətdən zəif olanların həqiqətən yardıma ehtiyacı var. Bu yardım bilavasitə dövlət və könüllülər hərəkatı tərəfindən Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir. Yüksək risk qrupundan olan insanlar qida və başqa zəruri vasitələrlə təmin edilir. Mağazalardan mallar pulsuz çatdırılır. Dövlət hər şeyin pulunu ödəyir”, - deyə Arye Qut vurğulayır.

A.Qutun fikrincə, Azərbaycan ilk gündən virusu ciddi qəbul etdi. “Virusun yayılmasının qarşısının alınması üçün Prezident Əliyevin rəhbərliyi ilə kompleks tədbirlər həyata keçirilib. Dünyada əhalinin adambaşına düşən ən yüksək testləşdirmə sxemlərindən biri tətbiq olunaraq Azərbaycanda kontaktların izlənilməsi üzrə mobil əlavə dövriyyəyə buraxılıb ki, bu da iqtisadiyyatın bərpası üçün həyati vacib ilkin şərtlərdən biridir.

Virusun yayılması başlanandan bəri COVID-19-a yoluxmuş pasiyentlərə xidmət edən 20-dən artıq dövlət xəstəxanasına əlavə olaraq, 4 modul tipli xəstəxana da açılıb. Yaxın aylarda hökumət hesabına daha 2 modul tipli xəstəxananın, həmçinin özəl maliyyələşdirilmə ilə 4 modul tipli xəstəxananın tikintisi və istifadəsi planlaşdırılır.

Bir çox ölkələrdə pasiyentlər evdə müalicə aldığı halda, Azərbaycanda analizinin cavabı müsbət çıxan bütün pasiyentlər dərhal xəstəxanalara yerləşdirilir. Bu, digər tədbirlərlə yanaşı, ölüm və yoluxma hallarının sayının nisbətən aşağı səviyyədə saxlanmasında ölkəyə yardımçı olur”, - deyə məqalənin müəllifi qeyd edir.

“Ən azı üç sərhədyanı ölkə COVID-19-a yoluxmanın əhalinin adambaşına düşən sayının daha yüksək olması barədə xəbər veriblər. Görünür, Azərbaycan koronavirusun yayılmasının qarşısının alınmasında, həmçinin öz iqtisadiyyatı və vətəndaşları üçün pandemiyanın mənfi fəsadlarının yüngülləşdirilməsində müvəffəqiyyət qazanıb”, - deyə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut İsrailin nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsində şərh edir.

Azərbaycanın təklif etdiyi sülh xalqın... - Deputat Məzahir Əfəndiyevlə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
İşıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT
15:16 18.04.2024
Azərbaycanın təklif etdiyi sülh xalqın... - Deputat Məzahir Əfəndiyevlə MÜZAKİRƏ - VİDEO
15:00 18.04.2024
Rusiya XİN: Aİ-nin Bakı ilə İrəvan arasında normallaşma prosesi ilə bağlı səyləri səmərəsizdir
14:50 18.04.2024
Mariya Zaxarova: Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib
14:45 18.04.2024
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
14:43 18.04.2024
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
14:37 18.04.2024
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
14:30 18.04.2024
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:25 18.04.2024
Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
14:20 18.04.2024
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
14:15 18.04.2024
Rusiya XİN: Ermənistan Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün ABŞ və Aİ üçün alətdir
14:10 18.04.2024
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
14:04 18.04.2024
“Rus ordusunun Qarabağı tərk etməsi Azərbaycanın siyasi qələbəsidir” - Ukraynalı Deputat - ÖZƏL
14:00 18.04.2024
“Google” İsrailə görə 28 əməkdaşını işdən çıxartdı
13:53 18.04.2024
Türkiyə-Azərbaycan Universitetində 3 məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq - RƏSMİ
13:45 18.04.2024
İsveç Baş naziri COP29-a dəvət edilib
13:40 18.04.2024
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq
13:35 18.04.2024
Rusiya və Azərbaycan arasında yeni təşəbbüs -FOTO
13:26 18.04.2024
Məktəblərdə “Son zəng” keçirilməsi qadağan olunur? – Rəsmi AÇIQLAMA
13:13 18.04.2024
Yerli sakinlərin narazılığına görə məscid sökülür -BU ÖLKƏDƏ
Yerli sakinlərin narazılığına görə məscid sökülür -BU ÖLKƏDƏ
13:04 18.04.2024
Təhsil verənlərin sertifikatlaşdırılmasının vaxtı AÇIQLANDI – RƏSMİ
12:52 18.04.2024
Azərbaycan Ordusunun aviasiya vasitələri təlim-məşq uçuşları keçirib - VİDEO
12:45 18.04.2024
Uşaq bağçalarının 40-a yaxın müdiri İŞDƏN ÇIXARILIB – RƏSMİ
12:40 18.04.2024
Ermənilərin Xudavəng monastırında törətdiyi vandalizmlə bağlı lazımi addımlar atılacaq - RƏSMİ
12:35 18.04.2024
Fulya Öztürk: "Azərbaycanlılarla bir-birimizi hər yerdə tapa bilərik" - VİDEO
Fulya Öztürk: "Azərbaycanlılarla bir-birimizi hər yerdə tapa bilərik" - VİDEO
12:27 18.04.2024
Sabah 27 dərəcə isti olacaq
Sabah 27 dərəcə isti olacaq
12:23 18.04.2024
Paşinyan: "İrəvanın sərhədlərin delimitasiyasından imtinası regionda gərginlik yaradacaq"
12:05 18.04.2024
Roma Papası: Katoliklər artdı, rahiblər azaldı
Roma Papası: Katoliklər artdı, rahiblər azaldı
12:00 18.04.2024
Dövlət Xidməti: “Amaras monastırında monitorinqlər aparılıb”
11:55 18.04.2024
“Ermənistanın etnik təmizləmə haqqında iddiaları əsassız olaraq qalır” – Samuel Uordsvors - VİDEO
11:54 18.04.2024
Çingiz Abdullayev: “Artıq o dünyada olmuşam, heç qorxmuram”
11:49 18.04.2024
Rəhman Mustafayev Ermənistan nümayəndəliyini belə İFŞA ETDİ - VİDEO
11:43 18.04.2024
Azərbaycanlı şahmatçı yenə uduzdu
Azərbaycanlı şahmatçı yenə uduzdu
11:35 18.04.2024
Sülhməramlıların mövcudluğu Azərbaycan üçün təhlükə idi? - Politoloqdan RƏY
11:30 18.04.2024
Aprelin 21-də buraxılış imtahanı keçiriləcək
11:27 18.04.2024
İqtisadiyyat nazirinin müavini təyin olunan Anar Axundov kimdir? – DOSYE
11:20 18.04.2024
İqtisadiyyat nazirinə yeni müavin TƏYİN OLUNDU
11:17 18.04.2024
AB sammitində Türkiyə- Kipr ilə bağlı bəyannamə
AB sammitində Türkiyə- Kipr ilə bağlı bəyannamə
11:15 18.04.2024
Hamısı