ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bəyanat yayıblar.
Bununla bağlı ATƏT-in rəsmi saytında məlumat yerləşdirilib.
Bəyanatda bildirilib ki, hazırkı vəziyyət həmsədrlərin status-kvonun qəbuledilməz olması barədə fikirlərini gücləndirir.
Sənəddə münaqişənin yalnız sülh və danışıqlar yolu ilə həllinin vacibliyi qeyd edilib.
Bununla əlaqədar, həmsədrlər tərəfləri təxribatçı bəyanat və hərəkətlərdən çəkinməyə çağırıblar.