"Tovuza, tovuzlulara dəyən zərər tezliklə aradan qaldırılacaq" Qənirə Paşayeva

Siyasət 20:51 25.07.2020

Tovuz rayonunu Ermənistan silahlı qüvvələrinin ağır artilleriyadan intensiv atəşə tutması nəticəsində, sərhədboyu kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o sıradan, infrastruktur obyektlərinə (qaz, işıq, rabitə xətləri) dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər görülməkdədir. İşin ən önəmli tərəfi odur ki bu tədbirlər dövlət başçısının müvafiq Sərəncamı əsasında görülür. Yəni, dövlət, şəxsən dövlət başçımız hadisələrə həm operativ reaksiya verdi, həm bu işi öz Sərəncam ilə görməyi uyğun bildi. Bilirsiz, ilkin məlumatlara görə, Tovuzda (mülki əhaliyə aid) 35 evə ziyan dəyib; digər dağıntılar da daxil olmaqla, bu işləri rayonun daxili imkanları hesabına da aradan qaldırmaq olardı, bəlkə; ancaq, dövlətin siyasi iradəsi və iqtisadi imkanları, o cümlədən məhz dövlət başçısının yanarürəkliliyi, vətənpərvərliyi bu kimi məsələlərin operativ həllini, ali dövlət qayğısını təmin edir.

Yəni:

-əhalinin üzərində sıxıntı uzun müddət qalmasın;

-dövlət öz vəzifələrini hər yerdə, hər vaxt və hər cür şərtlər altında icra etməkdədir;

-yəni Azərbaycan dövləti öz vətəndaşının yanındadır. Müstəqil dövlətimiz ərazi bütövlüyümüz uğrunda vuruşanları, cəfa çəkənləri, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır.

Yeri gəlmişkən, parlamentdə təmsil etdiyim Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğılarının öyrənildiyini və onların həlli istiqamətində addımlar atıldığını minnətdarlıq hissi ilə bildirmək istərdim. Cənab Prezidentin tapşırığı ilə şəhid generalıız Polad Həşimov və şəhid polkovnikimiz İlqar Mirzəyevin ailəsinə yeni mənzil verilib.

Çox hörmətli Mehriban xanım Əliyevanın Tovuz istiqamətindəki döyüşlərdə şəhid olmuş 12 hərbçimizlə bağlı Heydər Əliyev Fonduna tapşırıq verdiyini də qeyd etmək istərdim. Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları daim Fondun nəzarətində olacaq; şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədi ilə müvafiq tədbirlərə başlanıb.

Bəli, dövlətimiz, ali dövlət rəhbərliyimiz, ölkə ərazisində vətəndaşlarımızın təhlükəsiz yaşamasının qarantıdır. Tovuza, tovuzlulara dəyən zərər tezliklə aradan qaldırılacaq. Vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır! Fürsətdən istifadə edib, dövlətimizə, dövlət başçımıza Tovuz seçiciləri adından könül dolusu təşəkkürümüzü, minnətdarlığımızı çatdırıram!

Bəli, düşmənin 12 iyuldan etibarən Tovuz rayonu istiqamətində qəsdən, hədəflənmiş şəkildə yaşayış məntəqələrimizi, dinc əhalini ağır artilleriya qurğularından, iriçaplı silahlardan intensiv atəşə tutması nəticəsində (artıq vurğuladığımız kimi) həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib; dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə cənab Prezident müvafiq Sərəncam imzalayıb.

Düşmənin hərbi hücumu nəticəsində zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər, rəsmi prosedura uyğun şəkildə Azərbaycan Prezidentinə təqdim ediləcək, ardıcıl şəkildə müvafiq rəsmi addımlar atılacaq.

İşlərin gedişi dövlət başçısının şəxsi nəzarətindədir. Mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbərliyə alınıb. Dəymiş zərər tezliklə aradan qaldırılacaq. Ziyan dəymiş infrastruktur və evlər bərpa olunacaq. Həyat tamamilə öz məcrasına qayıdacaq.

Bu Sərəncamla (//president.az/articles/39864) mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi İqtisadiyyat Nazirliyi və Fövqəladə Hallar Nazirliyinə tapşırılıb və artıq müəyyən tədbirlər həyata keçirilib. Bu məqsədlə İşçi Qrup yaradılıb, mütəxəssislər cəlb edilib, ekspertlər dərhal Tovuz rayonuna ezam olunub. Sərəncamın icrası ilə bağlı Tovuzda təcili tədbirlər davam etməkdədir. Hücuma məruz qalmış kəndlərdə hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, ekspertlər tərəfindən obyektlərə gərəkən müayinə və ekspertiza işləri aparılır və dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi təmin ediləcək. Bununla da, qiymətləndirmə məlumatları əsasında, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən “Tədbirlər Planı” hazırlanacaq.

Əsas ziyan Tovuz rayonunun Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü toplam, 6 kəndinə dəyib. Yuxarıda da dediyimiz kimi, ilkin qiymətləndirmələrə görə, dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilib; intensiv atəş nəticəsində dövlət əmlakına əsasən, kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturuna da zərər dəyib.

Əlbəttə, Azərbaycan dövlətinin cəbhəyanı rayonlarda infrastrukturun bərpası, sazlanması və s. kimi əməli fəaliyyəti yalnız Tovuzda rastlaşdığımız hal deyil; indiyədək digər cəbhəyanı infrastruktur layihələrlə yanaşı, yeni qəsəbələr salınması, yeni təsərrüfatlar, müəssisələr yaradılması sahəsində konkret işlər görülüb və görülür.

O cümlədən:

-Şəhid ailələri dövlət hesabına evlə təmin edilir (indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibədə sağlamlığının bir hissəsini itirmiş vətəndaşlarımıza 7600-ə yaxın mənzil və fərdi yaşayış ev verilib);

-Şəhid ailələrinə (hər ailəyə 11 min manat olmaqla) birdəfəlik yardım göstərilib;

- 2016-cı ilin aprel döyüşlərindən sonra cənab Prezidentin yeni həyat bəxş etdiyi “Böyük Qayıdış”ın rəmzinə çevrilən Cəbrayılın Cocuq Mərcanlı kəndində görülən işlər dediklərimizə əyani sübutdur. Artıq, Cocuq Mərcanlıda yem emalı müəssisəsi tikilib, istixanalar və arıçılıq təsərrüfatları, inkubator məntəqəsi fəaliyyət göstərir;

-Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən, mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Ağdam və Tərtər rayonlarının hər birinə 3 milyon manat vəsait ayrılıb; yaşayış məntəqələrində ciddi ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi, təmiri və bərpası işləri 6 ay ərzində başa çatdırılıb.

Beləliklə, təcrübə var, siyasi iradə var, iqtisadi imkanlar var, qurub-yaratmaq, qurub-yaratdıqlarını qorumaq əzmi var! Dövlət xalqını qoruyur, dövlət ordusunu qoruyur, ordu xalqını və dövlətini qoruyur; dövlətimizi xalqımız qurub, ona müstəqillik qazandırıb, ordu yaradıb və beləliklə ordu-xalq, dövlət-xalq birliyi o qədər iç-içə, o qədər dərin köklü, genişüfüqlü birlikdir – bircandır ki, bir-birindən ayrı təsəvvür etmək sadəcə mümkün deyil. Tovuza düşmən həmləsinə qarşılıq baş verənlər bunu bir daha parlaq şəkildə göstərdi.

Dövlətimiz var olsun!

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva

Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO

Xəbər xətti

Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Hamısı