Qənirə Paşayeva prezidentin köməkçisi ilə görüşdən yazdı

Siyasət 16:32 26.07.2020

İyulun 21-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Heydər Əliyev Mərkəzində bir sıra ictimai xadim və ziyalılarla görüş keçirdi. Mənim də iştirak etdiyim görüşdə koronavirus pandemiyası ilə mübarizə yönündə ölkəmizdə görülən işlər və bundan sonra atılacaq addımlar, eyni zamanda, son günlər dövlət sərhəddinin Tovuz rayonu istiqamətində baş verən, geniş ictimaiyyətə bəlli olan hadisələr və digər məsələlər ətrafında müzakirələr aparıldı.

Bəri başdan deyim ki çox önəmli görüş oldu və mən, səmimi, açıq müzakirələr üçün hörmətli Anar müəllimə və əlbəttə, ona belə bir görüş üçün mandat vermiş dövlət rəhbərliyimizə bir daha təşəkkür edirəm. Belə önəmli müzakirələrin çox faydalı olduğu danılmazdır. Vətəndaşlarımızı düşündürən, yaxından maraqlandıran və eyni zamanda müəyyən məqamlarda (istiqamətlərdə) rahatsızlıq doğuran bəzi məsələlərin geniş müzakirə olunmasını yalnız alqışlamaq olar. Özü də, bu görüş təşəbbüsünün dövlətdən gəlməsi və mühüm vəzifə daşıyan şəxsin məhz səmimi müzakirə ortamı yaratması təqdirəlayiq, örnək addımdır.

Əslində, bu görüş, ali dövlət rəhbərliyinin, şəxsən cənab Prezidentin, toplumun, aydınların düşüncələrinə, fikirlərinə və irəli sürülən təkliflərə nə dərəcədə ciddi önəm verdiyinin və idarəçilik sistemində son dövrlər aparılan islahatların nə qədər əhəmiyyətli olduğunun parlaq göstəricisidir. Ölkəmizi açıq və gizli düşmənlərdən daha güclü qorumaq, inkişafımız və güclü təhlükəsizlik üçün dövlətçiliyimizin inkişafını düşünən bütün sağlam qüvvələrin birgə səylərinin gücləndirilməsi çox vacibdir. Bu müzakirələrin davamlı olacağına, ən əsası, toplumumuza, dövlət-vətəndaş münasibətləri sisteminə fayda gətirəcəyinə inanıram. Özü də, bu görüş, siyasi partiyalarla dialoqun gücləndirildiyi bir dövrdə baş verməsi ilə də, əlamətdardır. Habelə, ilyarım öncədən yaradılmış Sosial Tədqiatlar Mərkəzinin önəmli fəaliyyətləri, daha öncələrdən formalaşmış vətəndaş cəmiyyəti institutlarına ardıcıl qrantlar ayıran milli donor institutlarının, QHT-lərlə, KİV-lə iş sahəsində müvafiq konsepsiyaların mövcudluğu fonunda baş verməsi ilə də təsadüflikdən uzaqdır. Yəni, ictimai fikrin öyrənilməsi mexanizmləri zatən mövcuddur, bir sıra hallarda institutlaşma prosesi başa çatıb, lakin dövlət rəhbərliyi ictimaiyyət nümayəndələri ilə, aydınlarla görüşü nəinki istisna etmir, əksinə, belə görüşü təşkil edir. Təşkil edilən görüşün formatı, artıq vurğuladığımız kimi, səmimi ortamı və səviyyəsi ilə dövlət nəzakətinin təntənəsini göstərir. Xatırladığımız kimi, ötən ilin mart ayında dövlət rəhbərliyinin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə geniş görüş-müzakirəsi təşkil edilmişdi. Habelə, ayrı-ayrı müəssisələrin açılış mərasimlərində dövlətin zirvəsinin şəxsən iştirak etdiyini, vətəndaşlarla görüşüldüyünü; TV-lərə müsahibələr verildiyi, vətəndaşların çoxsaylı məktublarının cavablandırıldığı da xatırlanınca, dövlət-vətəndaş münasibətlərində ardıcıllıq və inkişaf olduğunu rahatlıqla deyə bilərik.

Nəhayət, bütün bunlardan sonra və ya paralel şəkildə ictimaiyyət nümayəndələri və aydınlarla görüşün keçirilməsi və görüşün məhz Anar Əlkəbərova həvalə edilməsi, qaynar gündəm içində fərqləndiriləcək, dəyərləndiriləcək bir hadisədir.

Anar Ələkbərovu uzun illərdir tanıyıram. O, öz kübarlığı, analitik təfəkkürü, operativ qərar qəbueltmə keyfiyyəti ilə seçilən bir aydınımızdır. Anar Ələkbərovun indiyədək ona etibar edilmiş bütün ictimai və dövləti vəzifələrdə etimadı doğrultduğunu bilirik. Heydər Əliyev Fondunda, Heydər Əliyev Mərkəzində ictimaiyyətə bəlli çalışmaları Anar Ələkbərova geniş şöhrət qazandırmışdır. Təsadüfi deyil ki, o, “Şöhrət” ordeni ilə təltif olunmuş ən gənc insandır və bugün Prezidentin köməkçisi kimi çox mühüm bir vəzifə daşımaqdadır.

Görüşdə müzakirə ediən mövzuları qısa şəkildə özətləyəsi olsaq, nələri deyə bilərik?

Anar müəllim qlobal pandemiya elan olunandan bəri, Nazirlər Kabineti yanında Operativ Qərargahda ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tövsiyyələrinə, tapşırıqlarına uyğun şəkildə aparılmış müzakirələr, atılan mühüm addımlar haqqında geniş məlumat verdi. Bildirildi ki, görülən məqsədyönlü işlər nəticəsində, hazırda yoluxmaların sayının azalmasına nail olunub. Azərbaycan həkimi çox fədakar davranır; xarici ölkələrdən cəlb olunan mütəxəssislər də, virusa yoluxmuş xəstələrin müalicəsində azərbaycanlı həmkarlarına böyük dəstək göstərir.

Azərbaycan Prezidentinin köməkçisi, dövlətin çağırışlarına anındaca müsbət cavab verən, dəstək göstərən özəl sektorun rolunu xüsusi qeyd etdi. Bildirdi ki, bütün bu deyilənlər tezliklə bu qlobal problemin öhdəsindən gələcəyimizə inamı qüvvətləndirir. Əlbəttə, bunun üçün vətəndaş həmrəyliyi çox vacibdir və bu həmrəylik içində, ən önəmli məqamlardan birini vətəndaş məsuliyyəti təşkil edir.

Anar Ələkbərov xüsusi karantin rejimində, əmək münasibətlərində, icazə rejimi və s. sahəsində mərhələli yumşaldılmadan danışarkən, bu sahədə “yüz ölçüb, bir biç”ildiyini, habelə, vətəndaş-dövlət münasibətlərində medianın, tanınmış ictimaiyyət nümayəndələrinin təbliğati dəstəyinin önəminə vurğu etdi.

Görüşdə, son günlər Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində baş vermiş hadisələr də müzakirə olundu. Etiraf edim ki, şəxsən mənimçün bu mövzu xüsusi önəm daşıyırdı; özüm Tovuzdan bir neçə saat öncə gəlmişdim, hərbçilərimizin, yerli əhalinin hansı ovqatda olduğuna şahiddim. Mümkün olduğunca, xarici və yerli medianın reaksiyalarından da xəbərdardım və işğalçı Ermənistanın növbəti hərbi həmləsi fonunda vətəndaşlarımızın yüksək vətənpərvərlik, mübarizlik ovqatı nümayiş etdirdiyini görüş iştirakçılarının ümumi qənaəti kimi görmək xoş oldu. Qeyd olunduğu kimi, həmrəyliyin yalnız respublika daxilində deyil, müxtəlif xarici ölkələrdə də yaşanması, soydaşlarımızın xalqımızın haqq səsini çatdırmaqçün birləşməsi təqdirəlayiqdir, yaxın dövr tariximizə düşəcək haldır. Bununla belə, sosial şəbəkələrdə insanlara qorxu, panika hissi aşılamağa çalışanlar da olmamış deyil və belə xoşagəlməz halların qarşısını almaqçün imkanlarımızı səfərbər etməliyik.

Görüşdə çıxış edən şəhid ailələrinin üzvləri, yazarlar, jurnalistlər, hüquqşünaslar, incəsənət xadimləri və biz Millət vəkilləri, belə vacib görüşlərin təşkilindən məmnunluğumuzu bildirdik.

Hər birimiz vətəndaşları rahatsız edən məsələlərə toxunduq, öz fikirlərimizi, təkliflərimizi çatdırdıq. Belə bir ümumi fikir vurğulandı ki sosial medianın bəzi iştirakçıları tərəfindən, öncəbhə ilə bağlı aparılan təxribatlar, bunun qarşısını almaq üçün səmərəli mexanizmlərin tətbiqini vacib qılır.

Prezidentin köməkçisi bizlərin çoxsaylı suallarını cavablandırdı və səslənən fikirlərin əhəmiyyətli olduğunu və bütün uyğun təkliflərin nəzərə alınacağını bildirdi.

Beləliklə, əlamətdar bir görüş oldu və günümüzə, sözün müsbət anlamında damğa vurdu. Görüşün son görüş olmayacağına inanırıq, inanırıq ki, yeni görüşlər olacaq və cəmiyyətin səsinin, dövlətin zirvəsinə çatdırılması, dövlət orqanlarının vətəndaşların qayğılarına daha çevik reaksiyası, ictimai nəzarətin gücləndirilməsi, icra orqanlarının, dövlətin sosial-siyasi islahatlar kursuna, yeni çağırışlara uyğun davranmasına töhfə vermək baxımından özünəməxsus faydasını göstərəcək.

Bəli, fərqli düşünən insanların fikirlərini öyrənmək, tənqidi məqamlarla tanış olmaq, bütün tənqidlərin anlayışlı şəkildə qəbul edilməsi, Prezident köməkçisi ilə görüşün məziyyətlərindədir.

Bu dəfə daha çox (yaxud biləvasitə), pandemiya ortamında hökumətin çalışmaları, görülən işlər, nöqsanlar, durumun daha yaxşı olması üçün atılmalı yeni addımlar və son zamanlar Tovuz istiqamətində cərəyan edən hərbi hadisələr, bu hadisələr fonunda, ölkəmizə informasiya hücumları və bəzi təxribatlar müzakirə olundu; inşallah yeni görüşlərdə cəmiyyəti maraqlandıran digər mövzular da, faydalı şəkildə müzakirə olunar və öz nəticəsini verər.

Dövlətimiz var olsun!

Qənirə PAŞAYEVA
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı