"Gəlin, heç bir təxribata uymayaq" ABŞ-dakı səfirimiz soydaşlarımıza müraciət etdi

Siyasət 12:47 27.07.2020

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “Report”un yerli bürosuna müsahibə verib.

Səfir müsahibəsində ABŞ-da yaşayan həmvətənlərimizi təmkinli olmağa və erməni təxribatına uymamağa çağırıb.

“ABŞ-da yaşayan hər bir soydaşımıza, hər bir vətəndaşımıza müraciət edərək bildiririk ki, təhlükəsizlik məsələlərinə həssaslıqla, ehtiyatla yanaşsınlar. Bu gün erməni radikal dairələrdən kifayət qədər real təhlükə var və xahiş edirəm, hər hansı bir şübhə olsa, təhlükə yaransa, dərhal yerli hüquq-mühafizə orqanları ilə əlaqə saxlasınlar, Azərbaycanın Vaşinqtondakı səfirliyinə və ya Los-Ancelesdəki Baş konsulluğumuza xəbər versinlər.

Səfirliyimizdə 24 saat fəaliyyət göstərən “qaynar xətt” var. Xahiş edirəm, çəkinmədən, hansısa bir şübhə və təhlükə olsa, mütləq xəbər verin. Artıq bu mövzuda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müraciəti və bəyanatı olub, hamıdan xahiş və tövsiyə edirəm ki, onunla tanış olsun.

Gəlin, heç bir təxribata uymayaq. Ermənilər bu gün haqlı olan Azərbaycan xalqını və soydaşlarımızı müxtəlif təxribatlara çəkmək istəyirlər. İstəyirlər ki, Azərbaycan vətəndaşları təxribata uysun, zorakılığa məruz qalsın və qarşıdurmada iştirak etsin. Bundan çəkinmək, heç bir təxribata və zorakılığa uymamaq lazımdır. Bu, Azərbaycan üçün vacibdir və bu təxribatlar Vətənimiz üçün heç bir fayda verməyəcək”.

Səfir qeyd edib ki, son günlər dünyanın müxtəlif ölkələrindəki diplomatik missiyalarımıza, vətəndaşlarımıza və soydaşlarımıza qarşı intensiv zorakılıq və hücum kampaniyaları aparılır: “Bu məsələdə yenə də sizdən təmkinli olmağı xahiş edirəm. Hansısa bir aksiya və tədbirdə iştirak edirsinizsə, hüquq və qanun çərçivəsində davranmağı vacib hesab edirik. Yalnız və yalnız əvvəlcədən icazə alınmış və təhlükəsizliyi tam təmin olunmuş, heç bir qarşıdurmaya gedilməyən aksiyalarda iştirak etmək lazımdır.

Gördüyünüz kimi, Los-Anceles şəhərində baş verən aksiyada şəhər rəhbərliyi, polis kifayət qədər laqeyd yanaşdılar və aksiyada iştirak edən vətəndaşlarımızın təhlükəsizliyini tam təmin etmədilər. Belə halların heç bir şəkildə təkrarlanmasını istəmirik, ona görə də, hər kəsi təmkinli olmağa çağırıram”.

Digər bir məsələ isə erməni lobbisindən və Azərbaycana qarşı çıxan digər qruplar tərəfindən yalan xəbərlərin və uydurma məlumatların yayılmasıdır: “Onlar bizim vətəndaşlarımızın birliyini pozmaq və onları bir-birindən ayırmağa çalışırlar. Bunlara uymamaq lazımdır. Bu, yalnız səngərdə gedən bir müharibə deyil, eyni zamanda informasiya müharibəsidir. Təmkinli olmaq, təxribata imkan yaratmamaq, yalnız və yalnız təsdiq olunmuş, doğru məlumatlara güvənmək vacibdir”.

Səfir bildirib ki, rəsmi missiyanın önündə duran əsas prioritet ondan ibarətdir ki, vətəndaşlarımız və soydaşlarımız heç bir zorakılığa məruz qalmasınlar və onlara heç bir ziyan dəyməsin: “Mən yenə də Los-Anceles şəhərindəki erməni təxribatının qurbanına çevrilmiş qəhrəman və cəsur soydaşlarımıza təşəkkür edir, xəsarət alanlara isə şəfa diləyirəm. Eyni zamanda, şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, ailələrinə səbir diləyirəm”.

Aprelin 26 da Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov-VİDEO

Xəbər xətti

Aprelin 26 da Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov-VİDEO
15:33 25.04.2024
Elmira Süleymanova ilə vida mərasimi keçirilir
15:22 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
Hamısı