Avstraliya Azərbaycanlıları Assosiasiyası ölkənin federal parlamentinə müraciət edib

Siyasət 15:44 27.07.2020

Sidneydə fəaliyyət göstərən Avstraliya Azərbaycanlıları Assosiasiyası (AAA) bu ölkənin federal parlamentinə ermənilərin “ASALA” terror təşkilatını bərpa etmək niyyəti barədə müraciət edib.

EDNews.net APA-ya istinadən xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumata yayıb. AAA-nın sədri Mikayıl Oyta bildirib ki, məqsəd son günlər Ermənistanın hərbi təxribatları və təcavüzkar siyasəti ilə bağlı dünyanın bir sıra ölkələrində dinc etiraz aksiyaları keçirən azərbaycanlılara qarşı ermənilərin törətdikləri vandalizm aktlarına beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdir.

Müraciətdə qeyd edilib ki, ABŞ-ın Los-Anceles şəhərində keçirilən aksiyada ermənilərin üzərində terrorçu təşkilat olan “ASALA” (“Ermənistanın azadlığı uğrunda erməni məxfi ordusu”) sözünün yazıldığı köynəklərdə peyda olması və internetdə bunu sübut edən fotoların yayılması dərin narahatlıq hissi yaradıb. Həmin aksiya zamanı 3 mindən çox erməninin polis səddini aşaraq, qarşıdakı küçədə sakit dayanmış 50 azərbaycanlıya hücum etməsi nəticəsində altı nəfərin, o cümlədən azərbaycanlı qadının xəstəxanaya yerləşdirildiyi, onlardan birinin hələ də reanimasiya şöbəsində olduğu, belə cinayət əməlinin Belçikanın Brüssel şəhərindəki Azərbaycan səfirliyinin ərazisində olan soydaşlarımıza qarşı təkrarlandığı bildirilib.

Hazırda Los-Anceles polisinin bu hücumu azərbaycanlılara qarşı nifrət zəminində törədilmiş cinayət kimi araşdırdığına diqqəti cəlb edən AAA qeyd edib ki, iyulun 12-dən sonra Avropanın bir çox şəhərlərində keçirilən etiraz aksiyaları zamanı ermənilər dinc azərbaycanlı nümayişçilərinə vəhşicəsinə hücum ediblər. Onlar aksiyalardan sonra xaincəsinə azərbaycanlıları təqib ediblər, müxtəlif dərəcəli xəsarətlər yetiriblər. Bütün bu insidentlər barədə internetdə çoxsaylı video materiallar yayılıb.

Sənəddə xatırladılıb ki, "ASALA" 1975–1990-cı illərdə bütün dünyada terror aktlarını əlaqələndirən bir neçə erməni terror təşkilatlarından biridir. Xüsusi amansızlığı ilə fərqlənən bu təşkilat 46 nəfərin həlak olduğu, 229 nəfərin yaralandığı qətl hadisələrinə və partlayışlara görə məsuliyyət daşıyır. Buraya 1983-cü ildə günahsız insanların ölümü və yaralanması ilə nəticələnən Fransanın Orli hava limanının, Cenevrə otelinin partladılması, bütün dünyada "erməni işi" ilə razılaşmayan türk diplomatlarının vəhşicəsinə qətlə yetirilməsi daxildir.

AAA göstərib ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) 1984-cü ildə tərtib etdiyi və 2010-cu ildə məxfiliyi üzərindən götürdüyü “Ermənistanın azadlığı uğrunda erməni məxfi ordusu: davam edən beynəlxalq təhlükə” adlı hesabatında 1970-ci ildən başlayaraq Avropa hökumətləri ilə erməni terror təşkilatları arasında qeyri-rəsmi razılaşmanın mövcud olduğu barədə ətraflı məlumat verilib. MKİ bildirib ki, qeyri-rəsmi razılaşmalar terror aktlarının Avropada yalnız türk diplomatlarının qətlə yetirilməsinə yönələnə qədər davam etdirilməsinə imkan verdi.

Qeyd edilib ki, 1980-ci illərdə Avstraliyanın Sidney və Melburn şəhərlərində türk diplomatlara qarşı törədilən terror aktlarına görə məsuliyyəti öz üzərinə götürən “ASALA”nın heç bir terrorçusu həbs olunmayıb.

Azərbaycanlı və türk icmalarının bu hadisələri 2020-ci ildə də yaxşı xatırladıqlarını vurğulayan müraciət müəllifləri Avstraliya parlamentarilərini sayıqlıq nümayiş etdirməyə, erməni terrorunun qarşısını almağa, ölkə daxilində və xaricində baş verən təcavüz aktlarını pisləyən bəyanatlarla çıxış etməyə çağırıblar.

Onlar həmçinin Ermənistandan Azərbaycana qarşı apardığı işğalçı siyasətdən, qonşu dövlətlərin ərazilərinin işğalı yolu ilə "Böyük Ermənistan" yaradılması xülyasına xidmət edən sərsəm ideyasından əl çəkməyi tələb ediblər. Bildirilib ki, regionda sülhün bərqərar olması məhz Ermənistanın ekspansionist siyasətindən əl çəkməsi nəticəsində mümkün ola bilər.

Müraciətə ermənilərin vandalizm hərəkətlərini təsdiqləyən fotolar da əlavə edilib.

Füzuli şəhərində infrastruktur necə qurulur? - VİDEO

Xəbər xətti

İran Prezidenti Putinə zəng edib
16:55 16.04.2024
Tiktoker “Semka” HƏBS OLUNDU
16:50 16.04.2024
AÇG-dəki yeni ACE platformasından hasilat BAŞLANDI
16:40 16.04.2024
Twitter yeni istifadəçilər üçün ÖDƏNİŞLİ OLDU
Twitter yeni istifadəçilər üçün ÖDƏNİŞLİ OLDU
16:35 16.04.2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
16:20 16.04.2024
Misirdən ŞOK XƏBƏR: Hüsnü Mübarək hələ YAŞAYIR? - VİDEO
Misirdən ŞOK XƏBƏR: Hüsnü Mübarək hələ YAŞAYIR? - VİDEO
16:15 16.04.2024
Maqnit qasırğasından necə qorunaq? - Həkim AÇIQLAYIR
16:00 16.04.2024
İsrail-İran konflikti Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? - Açıqlama
15:30 16.04.2024
Azərbaycanda baş redaktor və müxbir həbs edildi
15:15 16.04.2024
Füzuli şəhərində infrastruktur necə qurulur? - VİDEO
15:00 16.04.2024
“İran və İsrail arasında münaqişənin alovlanması...” – İngilis Politoloqdan ÖZƏL ŞƏRH
14:50 16.04.2024
Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
14:40 16.04.2024
Cənubi Qafqazı xaosa sürükləmək istəyənlər... – GİZLİ MƏQAMLAR – ŞƏRH
14:30 16.04.2024
Prezidentdən Türkiyə–Azərbaycan Universiteti ilə bağlı FƏRMAN
14:22 16.04.2024
Salam Sarvan yenidən əməliyyat olunacaq
14:19 16.04.2024
İsrail XİN İranla bağlı 32 ölkəyə ÇAĞIRIŞ ETDİ
14:11 16.04.2024
İlham Əliyev: "Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur"
14:05 16.04.2024
“Bələdiyyələrin statusu haqqında” qanun DƏYİŞDİ
14:02 16.04.2024
Reklam Agentliyinə sədr təyin edilən Fərhad Adıgözəlov KİMDİR? – DOSYE
14:00 16.04.2024
Prezidentdən Fərhad Adıgözəlovla bağlı SƏRƏNCAM
13:58 16.04.2024
Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edildi - SƏRƏNCAM
13:56 16.04.2024
Prezident: "Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır"
13:54 16.04.2024
Pentaqon: İranın hücumunda biz ən azı 6 ballistik raket vurduq
Pentaqon: İranın hücumunda biz ən azı 6 ballistik raket vurduq
13:49 16.04.2024
Prezident: Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq
13:40 16.04.2024
İlham Əliyev son illər Azərbaycanda həyata keçirilən infrastruktur layihələrindən danışdı
13:35 16.04.2024
Rəsmi Tehran: "Bu silahlar İsrailə qarşı cavabın 2-ci mərhələsində istifadə ediləcək"
13:26 16.04.2024
Beynəlxalq axtarışa verilmiş şəxslər Azərbaycana ekstradisiya edilib
13:00 16.04.2024
Doktoranturaya sənəd qəbulu BAŞLADI
12:50 16.04.2024
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO
12:40 16.04.2024
“Müharibə olarsa ən böyük ziyanı İran görəcək” - İsrailli ekspertdən ŞOK PROQNOZ
12:27 16.04.2024
Bakıda COVID-lə mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb
12:20 16.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI
12:16 16.04.2024
Qarabağ Universitetində fəlsəfə doktoru üzrə doktorantlar təhsil alacaq
12:15 16.04.2024
Sosial ödənişlərə 2 milyard manatdan çox vəsait ÖDƏNİLİB
12:05 16.04.2024
Çin nüvə enerjisi potensialını artırır
Çin nüvə enerjisi potensialını artırır
12:00 16.04.2024
1 milyard əhali enerjisiz qala bilər - NATO Komandiri
1 milyard əhali enerjisiz qala bilər - NATO Komandiri
11:45 16.04.2024
Qərbi Azərbaycan İcması “Soyqırımının önlənməsi üzrə Lemkin İnstitutu”nu ifşa etdi
11:40 16.04.2024
BAMF-ın Tərtər Regional Peşə Təlim Mərkəzində qadın minatəmizləmə qrupları üçün təlim keçirilib - FOTOLAR
11:34 16.04.2024
Vardanyanın əsl üzü... - Qazandığı çirkli pullar - ARAŞDIRMA
11:30 16.04.2024
Aİ nümayəndəliyi: Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur
11:20 16.04.2024
Hamısı