Fransa XİN rəhbəri ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edəcəyini söylədi | Eurasia Diary - ednews.net

7 Avqust, Cümə


Fransa XİN rəhbəri ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edəcəyini söylədi

Siyasət A- A A+

Fransa Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli üçün hər cür səy göstərəcək.

EDNews.net Azvision.az-a istinadən xəbər verir ki, bunu Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian ölkə parlamentindəki çıxışı zamanı deyib.

Nazir Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrin narahatlıq doğurduğunu, xüsusən qarşıdurmaların Qarabağda deyil, dövlət sərhədində baş verdiyini söyləyib.

"Hərbi həll ola bilməz. Siyasi həll yolu tapılmalıdır. Ümid edirəm ki, bunu etmək mümkün olacaq", - deyə XİN rəhbəri əlavə edib.

Onun sözlərinə görə, Paris məsələnin sülh yolu ilə həlli üçün əlindən gələni edəcək. Nazir onu da xatırladıb ki, Fransa Qarabağ nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən biridir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...