Azərbaycan - Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - VİDEO | Eurasia Diary - ednews.net

10 Avqust, Bazar ertəsi


Azərbaycan - Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - VİDEO

Siyasət A- A A+

Hərbi əməkdaşlıq haqqında sazişə əsasən, ölkəmizdə keçirilən Azərbaycan - Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, plana əsasən, tapşırıqların yerinə yetirilməsinin operativliyi və koordinasiya edilməsi, qarşılıqlı fəaliyyətin və uzlaşmanın təşkili, döyüş əməliyyatları zamanı təminatın həyata keçirilməsi, eləcə də şəxsi heyətin, silah və döyüş texnikasının səmərəli fəaliyyəti yoxlanılıb.

Təlimin ssenarisinə uyğun olaraq, təyin edilmiş məntəqələrə çıxarılan motoatıcı və zirehli texnika bölmələri tapşırıqları icra ediblər.

Təlimlər davam edir.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...