10 erməni 2 azərbaycanlıya hücum etdi, gücləri çatmadı, silaha əl atdılar - Kanadadakı qarşıdurmanın TƏFƏRRÜATI | Eurasia Diary - ednews.net

1 Oktyabr, Cümə axşamı


10 erməni 2 azərbaycanlıya hücum etdi, gücləri çatmadı, silaha əl atdılar - Kanadadakı qarşıdurmanın TƏFƏRRÜATI

Siyasət A- A A+

Avqust ayının 1-dən 2-nə keçən gecə Torontoda yerli erməni icmasının üzvlərinin azərbaycanlılara qarşı növbəti təxribat törətdikləri barədə məlumat vermişdik.

Kanadada yaşayan azərbaycanlı iş adamı, Torontodakı Azərbaycan icmasının nümayəndəsi İsmayıl Ələkbərov Modern.az-a bildirib ki, hadisə zamanı həmvətənlərimiz düşmənə qarşı lazımi müqavimət göstərib:

“Dünən baş verən insident zamanı burada yaşayan erməni millətindən olan şəxslər iki azərbaycanlıya qəflətən hücum ediblər. Onlara müxtəlif küt alətlərlə, hətta pnevmatik silahdan atəş açıblar. Üç maşınla hadisə yerinə gələn erməni vandallar iki soydaşımıza qarşı fiziki güc göstəriblər. Bizim gənclərimiz çox böyük hünər, qəhrəmanlıq göstərərək, sayca özlərindən çox olan bədnamlara müqavimət göstəriblər. Hətta sayca özlərindən qat-qat çox olan erməniləri zərəsizləşdirməyə belə nail olublar. Ermənilərin gücü çatmayanda silaha əl atıblar, həmvətənlərimizə silah çəkiblər. Lakin bizim gənclər bundan da qorxmayıb. Bundan sonra gücsüz olduqlarını bilən ermənilər avtomobillərini bizim uşaqların üstünə sürüblər. Həmvətənlərimiz müxtəlif bədən xəsarətləri alsalar da, geri çəkilməyiblər. Ən sonda bizimkilər avtomobillərinə minəndə ermənilər öz avtomobillərini onların üstünə sürüb. Həmvətənlərimizin avtomobilləri yararsız hala düşüb. Daha sonra ermənilər hadisə yerindən qaçıblar”.

İ.Ələkbərov bildirib ki, məsələ Kanada polisinin nəzarətindədir:

“Qanuni müstəvidə bütün addımlar atılır, araşdırmalar davam etdirilir. Biz məsələninin hüquqi müstəvidə, sistemli şəkildə, çevik formada həllinə çalışırıq. Burada Kanadanın tanınmış vəkillərinin, dedektivlərin cəlb olunması ilə işin mütəşəkkil formada aparılmasını həyata keçiririk. Məsələ birbaşa icmanın nəzarətindədir. Hər şey əlaqələndirilmiş şəkildə, koordinasiyalı şəkildə aparılır. Həmvətənlərimizlə birgə məsələyə soyuqqanlı, hüquqi formada qiymət verilməsinə çalışırıq. Gənclərimiz arasında ciddi iş aparırıq ki, təxribatlara uymasınlar. Biz öz işimizi daha sivil və hüquqi müstəvidə aparmalıyıq. Çünki bundan sonra da bu cür erməni təxribatlarının baş verməsi istisna olunmur. Ona görə də heç bir şəkildə təxribata uymaq olmaz. Məsələni pafosla yox, soyuqqanlılıqla həll etmək lazımdır”.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...