Erməni mediası Lavrovun babasının qəbrinin fotosunu yaydı | Eurasia Diary - ednews.net

1 Oktyabr, Cümə axşamı


Erməni mediası Lavrovun babasının qəbrinin fotosunu yaydı

Siyasət A- A A+
Xəbər verdiyimiz kimi, Rusiya XİN rəhbəri Sergey Lavrovun erməni babalarının qəbirləri tapılıb. 
 
Erməni mənbələrinin yaydığı xəbərdə bildirilir ki, Ermənistanın Lori bölgəsinin Ardvi kəndindəki Hovhannes kilsəsinin həyətində Kalantaryan ailəsinin məzarlığı var. 
 
Bəlkə bu xəbəri gündəmə gətirməklə ermənilər Lavrova, onların dediklərin etməsələr babasının qəbrini dağıdacaqlarını bildirmək istəyirlər?
 
Moderator.az Ərciyəz Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlıya müraciət edərək, ermənilərin belə bir xəbər yaymaqla nə demək istədiklərini öyrənməyə çalışıb:
 
"Əvvəllər Rusiya imperiyasının, sonralar Sovet rejiminin içində yer almış və bu siyasətə yön verən ermənilərin olduğu bir gerçəkdir. Təkcə Anastas Mikoyanı misal çəksək yetər. Bu adam 1922-ci ildən 60-cı illərin ortalarına qədər - rusca “ot İliça do İliça, bez infarkta, paraliça” vəzifədə olmuş, yəni Lenindən Brejnevə qədər SSRİ-də əsas söz sahiblərindəndir. Şübhəsiz, sovet ideologiyasının imkan verdiyi çərçivədə bizə açıq və gizli düşmənçilik edib. Bu mövzuda mənim kitabım da var. İndi  Rusiya Federasiyasının rəhbərliyində də belə adamların yerləşdirilməsi erməni siyasətini əsas qayələrindən biridir. Bu gün də davam etdirilməkdədir. 
 
Lavrovun erməni olması yeni ortaya atılan məsələ deyil. 2004-cü ildən Rusiyanın XİN rəhbəri olan Lavrovun bir tərəfinin erməni kökənli olmasını mən elə həmin dövrdə erməni mətbuatına istinadən bildirənlərdənəm. O zaman erməni mətbuatında belə bir iddiaya rast gəlmişdim. O zaman bu fakta inanmamışdılar. Həm də bu arqumentlərlə ki, müəyyən vəzifə olimpinə qalxan adamların “erməniliyi” barədə ənənəvi yanaşma vardı. Bu da səbəbsiz deyildi. Çünki ermənilər “erməniləşdirmə”, özününküləşdirmə  kimi xəstəlikləri var və bu indi də onların xislətidir. Amma Lavrovun bir neçə dəfə özünü erməni kimi aparması və Azərbaycana qarşı erməni mövqeyindən yanaşmasını da dilə gətirmişdik və onun Kalantarov (yan) soyadlı nəsildən olduğunu demişdik. İndi məlum olur ki, damarında erməni qanı axan bu şəxsin babasının qəbri də varmış və hətta Ermənistana səfərlərinin birində o bunu gizlətməmişdi.     
 
Ermənilər bu qəbri niyə yaymırdılar, burda bir müəmma var.  Onun erməni olması faktının indi yayılması təbii ki, ermənilərin yeni bir ideoloji maraqlarından irəli gəlir və bu dəfəki xatırlatmanın arxasında yenə bizə qarşı hansısa planın gerçəkləşməsi durur. Ola bilsin ki ermənilər bu faktı yaymaqla Lavrova müəyyən xatırlatma edirlər, kömək etməyini istəyirlər, bəlkə işarə vururlar ki, ermənisənsə  bizə dayaq durmalısan - demək istəyirlər. Ona təzyiq məqsədi ilə də belə xatırlatma edilə bilər..."

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...