“Yaxın günlərdə Dağlıq Qarabağda təmizləmə əməliyyatı gözlənilir” Deputat

Siyasət 10:17 13.08.2020

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Müdafiə naziri Zakir Həsənov avqustun 11-də Türkiyə Respublikasına rəsmi səfərdə oldular. Bir gün sonra isə Türkiyənin Milli Müdafiə naziri Hulusu Akarın rəhbərlik etdiyi hərbi nümayəndə heyəti Azərbaycana səfərə gəldi.

Azərbaycanlı nazirlərin Ankara səfəri çərçivəsində bir sıra mühüm məsələlər müzakirə edilib və Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox istiqamətləri, regional və qlobal məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həll yolu, hərbi əməkdaşlıq, o cümlədən iki ölkə arasında tək şəxsiyyət vəsiqəsi ilə gediş-gəlişin olması da müzakirə edilən əsas məsələlərdən olub.

Ümumiyyətlə, Tovuz döyüşlərindən sonra iki ölkənin bir-birinə həmişəkindən daha sürətlə yaxınlaşması, birgə hərbi təlimlər, o cümlədən digər məsələlərin müzakirəsi həm müharibə ehtimallarını artırıb, həm də Türkiyə ilə Azərbaycanın hansısa konfederasiya doğru getdiyi barədə fikirlər formalaşdırıb. 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas AYNA-ya deyib ki, Türkiyənin Ukrayna və Gürcüstanla yalnız şəxsiyyət vəsiqəsi ilə gediş-gəlişi var idi, amma bizdə başqa problemlər var idi deyə bu, baş tutmurdu: “Hətta, əvvəl viza da tətbiq edilmiş, sonradan ləğv edilmişdi. Bunun da əsas səbəbi PKK terror təşkilatı ilə bağlı idi. Yəni, kim istəsə, Türkiyədən qaçıb Azərbaycana gələ bilərdi. Ki, bunu da yoxlamaq çətin proses idi. Lakin görünür, indi bu məsələlər həllini tapıb ki, tək şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş müzakirə edilir”.

“O ki, qaldı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrə, bu, çox müsbət haldır və görünür, yaxın vaxtlarda nəsə olacaq. Yəni hadisələrin gedişatı və Türkiyənin yüksək səviyyəli hərbi nümayəndə heyətinin Azərbayacana səfər etməsi müəyyən məsələlərə işarədir”, – millət vəkili bildirib.

O, Tovuz hadisələrindən sonra iki ölkənin bir-biri ilə daha da yaxınlaşdığını qeyd edib: “Tovuz hadisələrində generaldan tutmuş, siravi əsgərə qədər bizim qeyrətli oğullarımız şəhid oldu. Təbii ki, baş verənlər Ermənistanın həm bizə, həm də Rusiyaya qarşı provakasiyası idi və ikisində də Ermənistan məğlub oldu. Göründüyü kimi, Tovuz hadisələrindən sonra dünyadakı bütün azərbaycanlılar birləşdilər. Düzdür, bəzi ölkələrdə ermənilər sayca bir az çox oldular və bizimkiləri döydülər. Qalan digər yerlərdə keçirilən nümayişlərdə isə bizim üstünlüyümz var idi. Bunun ardınca da cənab Ərdoğan öz sözünü dedi və heç kimin Azərbayacana mənfi rəftar etməsinə icazə verməyəcəklərini bildirdi”.

“Təbii ki, burada Rusiya faktoru da öz sözünü deyir. Amma Rusiya da müəyyən güzəştlərə getmək məcburiyyətindədir. Hətta, Putinin qeyri-rəsmi sözçüsü Jirnovski də bildirdi ki, “Rusiya Ermənistanın tərəfini saxlamaqla ölkənin dağılmasına səbəb ola bilər. Çünki Rusiyadakı türklər və müsəlmanlar Rusiyanı dağıda bilərlər. Qarabağı biz ermənilərə verməklə məğlub ola bilərik”. Bütün bunlar boşuna deyil”, – A.Abbas vurğulayıb.

Müsahibimizin sözlərinə görə, Azərbaycanın Dağlıq Qarabağı azad etmək uğrunda mübarizəsi müharibə yox, ərazilərini düşməndən təmizləməkdir: “Müharibə iki dövlət arasında olur. Bizim Dağlıq Qarabağı separatçılardan və terrorçulardan azad etmək istəyimiz müharibə deyil, öz ərazilərimizi düşməndən təmizləməkdir. Burada isə əsas qüvvə Daxili Qoşunlardır. Əgər, Daxili Qoşunların üzərinə çox ağır yük düşərsə, işə Silahlı Qüvvələr qarışır”.

“Məlum məsələdir ki, biz Dağlıq Qarabağda müharibə etmirik, biz Dağlıq Qarabağı terrorçulardan təmizləməyə çalışırıq. Dağlıq Qarabağdakı erməni əhalisi vətəndaşlığımızı və Konstitusiyamızı qəbul edərsə, buyurub yaşaya bilərlər. Bizim onlarla işimiz yoxdur. Necə ki, həmişə deyirlər ki, Azərbaycanda 30 min erməni yaşayır, amma məntiqlə baxanda, bunlar artıq artıb 100 min olublar. Amma onlarla heç bir işimiz yoxdur. Məsələn, Rusiya Çeçenistanda əməliyyat aparanda Çeçenistanla müharibə aparmırdı, öz ərzisində təmizləmə əməliyyatı aparırdı. Həmçinin, biz də Ermənistana müharibə elan etmirik və Ermənistanın torpaqlarına girmirik. BMT-nin də Azərbaycan torpaqları kimi qəbul etdiyi ərazilərimizə giririk”.

Deputat sözügedən əməliyyatın yaxın günlərdə gözlənildiyini deyib: “Yəqin ki, belə bir şey baş verə bilər. Ki, bunu cənab Prezidentimizin son çıxışlarından da açıq-aşkar hiss etmək olar”.

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Hamısı