“Həmsədrlərin Ermənistanın qanunsuz fəaliyyətinə münasibət bildirmələri üçün əsaslar var” RƏSMİ

Siyasət 16:53 15.08.2020

“Avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən partlayışlar işğalçı Ermənistanın növbəti avantürası üçün bəhanə oldu. Belə ki, Ermənistan hakimiyyəti partlayış nəticəsində zərər çəkmiş Livan ermənilərini beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə Cenevrə Konvensiyasına zidd olaraq Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırmağa başlayıb.

Ötən illərdə də Ermənistan Suriyada baş verən hərbi əməliyyatlardan sui-istifadə edərək, orada yaşayan ermənilərin bir hissəsini Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmüşdü”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev söyləyib.

“Bəs, Ermənistan rəhbərliyinin bu cür qanunsuz addımlar atmaqda və yüz faiz riskli ərazilərə soydaşlarını yerləşdirməkdə (bəzən aldadaraq və şirnikləndirici təkliflər verərək) əsas məqsədi nədən ibarətdir? Burada iki mühüm məqama diqqəti cəlb etmək lazımdır.

Birincisi, Ermənistan bu yolla Dağlıq Qarabağda kəskin şəkildə azalmış ermənilərin sayını süni şəkildə artırmaq, digər tərəfdən isə hərbi xidmətə yararlı olanları səfərbərliyə cəlb etməklə ordudakı canlı qüvvə çatışmazlığını aradan qaldırmaq istəyir.

İkincisi isə Ermənistan yaxşı bilir ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq və zəbt edilmiş ərazilərini - Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonunu hansı yolla olsa işğalçılardan təmizləyəcək. Azərbaycan xalqının iradəsi və tələbi, ordumuzun artan gücü, Ali Baş Komandanın qətiyyətli mövqeyi, o cümlədən, son günlər qardaş Türkiyə ilə uğurla həyata keçirdiyimiz birgə hərbi təlimlər və digər amillər bu fikri söyləməyə ciddi əsaslar yaradır. Belə olan halda Ermənistan hakimiyyəti nəyə görə istənilən an təmizləmə əməliyyatlarının başlaya biləcəyi riskli ərazilərə yaxın Şərqdən erməniləri köçürməyə davam edir?

Məncə, bu sualın cavabı ondan ibarətdir ki, Paşinyan hakimiyyəti Livanda çətin duruma düşən soydaşlarını işğal altındakı 7 rayona yerləşdirməklə mümkün hərbi əməliyyatlar zamanı bu biçarələrdən canlı şit kimi istifadə etmək, Azərbaycanı mülki əhaliyə qarşı güc tətbiq etməkdə və onları öldürməkdə qınamaq üçün “təbii əsaslar” əldə etmək istəyir.

Görünür, bununla Ermənistan beynəlxalq rəyi Azərbaycanın əleyhinə yönəldəcəyinə və təmizləmə əməliyyatına müəyyən qədər maneçilik törədəcəyinə ümid edir. Bütün bunlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin nə qədər məkrli, riyakar və ikiüzlü olduğunu, ən əsası isə faşist mahiyyətini bir daha üzə çıxarır”, - açıqlamada deyilir.

“İndi hamımızın, xüsusilə diplomatiyamızın, parlamentin və vətəndaş cəmiyyəti institutlarının qarşısında duran əsas vəzifələrdən biri Ermənistanın bu məkrli planının qarşısını almaq və beynəlxalq ictimaiyyəti bu barədə məlumatlandırmaq istiqamətində imkanlarımızı tam səfərbər etməkdən ibarət olmalıdır”, - deyən Azay Quliyev bildirib ki, Azərbaycanın xüsusilə son bir ildə həm diplomatik cəbhədə, həm də informasiya savaşında Ermənistanı xeyli üstələməsi özümüzə inamı daha da artırır.

“Biz bu üstünlüyü martın 31-də Ermənistanın Dağlıq Qarabağda səhnələşdirdiyi qondarma seçkilərə və iyulun 12-də Tovuzda törətdiyi hərbi təxribata beynəlxalq ictimaiyyətin, ayrı-ayrı ölkələrin verdiyi reaksiyada, Azərbaycana göstərilən diplomatik və siyasi dəstəkdə də hiss etdik. Bu baxımdan, Ermənistanın qanunsuz məskunlaşdırma planının tam iflasa uğraması və nəticəsiz qalması üçün real imkanların olduğunu düşünürəm.

Bunun üçün beynəlxalq təşkilatlarla, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrlik institutu ilə daha yaxından işləməli və onların qarşısında konkret məsələ qoymalıyıq. İlk növbədə, həmsədrlərdən Ermənistanın bu qanunsuz hərəkətinə münasibət bildirməyi və onun qarşısını almağı tələb etməliyik.

Münaqişənin hərbi yolla həllinin yolverilməz olduğunu, atəşkəsə əməl olunmasının vacibliyini hər bəyanatında qətiyyətlə vurğulayan ABŞ, Rusiya və Fransadan biz də bu dəfə tələb etməliyik ki, eyni istəklə Ermənistanın bütün beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın işğal altındakı ərazilərində həyata keçirdiyi qanunsuz məskunlaşdırma planını kəskin şəkildə pisləsin, onun yolverilməz olduğunu bildirsin və onlara verilən mandatdan istifadə edərək bu özbaşınalığın qarşısını alsınlar.

Onsuz da 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyası işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma faktını aşkarlamış və hesabatlarında bunları açıq şəkildə qeyd etmişdir. Yəni, həmsədrlərin Ermənistanın bu qanunsuz fəaliyyətinə münasibət bildirmələri üçün kifayət qədər əsaslar var”, - deyə ATƏT Parlament Assambleyasının vitse-prezidenti vurğulayıb.

Narahatedici məqamlardan biri də budur ki, vasitəçilərin bu qanunsuzluğa etiraz etməməsi onların işğala və işğalçıya açıq dəstək vermələri anlamına gəlir. Onsuz da Rusiyanın son bir ayda sülhyaratma mandatına zidd olaraq işğalçı Ermənistana 400 tondan çox silah və sursat verməsinin Azərbaycan ictimaiyyətində ciddi narazılıq və kəskin etiraz doğurduğunu diqqətə çatdıran Azay Quliyev bildirib:

“Bütün bunlara rəğmən, biz diplomatik kanallardan və beynəlxalq tribunalardan istifadə edərək Azərbaycanın kifayət qədər haqlı və əsaslandırılmış bu narahatçılığını daha sərt şəkildə hər üç ölkənin Xarici İşlər nazirliyinin diqqətinə çatdırmalı və onlardan məsələyə konkret münasibət bildirmələrini istəməliyik.

Əlbəttə, onların Azərbaycanın bu haqlı tələbinə obyektiv və ədalətli reaksiya verəcəyini heç kim gözləmir, çünki cəmiyyətdə ATƏT-in Minsk qrupunun həmsədrlərinə inam və etimad qalmayıb. Buna baxmayaraq, həmsədrlərə təzyiqi maksimum dərəcədə artırmalı, onların ədalətliliyini və obyektivliyini davamlı olaraq sorğulamalıyıq.

Əgər ATƏT-in Minsk Qrupunun həmsədrləri bu qanunsuzluğa tam olaraq göz yumsa, ona bu və ya digər formada münasibət bildirməsə, o zaman onlar münaqişənin sülh yolu ilə həllinə vasitəçi olmaq hüququnu birdəfəlik itirəcəklər”.

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Azərbaycanın strateji valyuta ehtiyatları 69 mlrd. dolları ötüb
17:20 20.04.2024
Azərbaycan İranın ən çox motosiklet ixrac etdiyi ölkələr arasında YER alıb
17:00 20.04.2024
Enerji səmərəliliyi üzrə yol xəritəsi hazırlanır
16:40 20.04.2024
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
16:20 20.04.2024
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
Hamısı