"Paşinyanın BBC-yə müsahibəsi ona xalqı ilə ciddi problemlər yaradıb" - Malik Əyyub Sumbal - VİDEO | Eurasia Diary - ednews.net

27 Yanvar, Çərşənbə


"Paşinyanın BBC-yə müsahibəsi ona xalqı ilə ciddi problemlər yaradıb" - Malik Əyyub Sumbal - VİDEO

Siyasət A- A A+

Beynəlxalq icmalçı, siyasi analitik Malik Əyyub Sumbal AzTv-nin “Hədəf” ictimai-siyasi proqramında Ermənistan Baş naziri Nikol Paşinyanın BBC-yə verdiyi müsahibəni şərh edib.

M.Ə.Sumbal bildirib ki, Paşinyanın BBC-nin "Hard Talk" proqramında səsləndirdiyi fikirlər ona xalqı ilə ciddi problemlər yaradıb.

“Paşinyan müsahibəsində seçkilər zamanı Dağlıq Qarabağ münaqişəsi barədə sülhə dair verdiyi vədlərə əməl etmədiyi faktıyla üz-üzə qoyuldu. O, Ermənistanda iqtisadi problemlərin həllində ciddi uğur əldə etməyib. Qonşu ölkələrin “COVID-19”la mübarizəsində qazandığı müsbət nəticələr Ermənistanda müşahidə olunmadı. Ermənistanın Azərbaycanla sərhəddə təxribata əl alması ölkə daxilindəki gərginlik fonunda diqqəti yayındırmaq məqsədi daşıyırdı”.

M.Ə.Sumbal ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində ciddi addımlar atmadığını, Ermənistanın qeyri-qanuni hərəkətlərinə adekvat reaksiya vermədiyini söyləyib. O, BMT-nin Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrini xatırladaraq Minsk qrupunun da fəaliyyətini bu yöndə qurmalı olduğunu bildirib.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...