"Makron, sənə nə demişdim? Türkiyəyə tarix dərsi vermə, biz sizi Əlcəzairdən , Liviyadan tanıyırıq" - Ərdoğan | Eurasia Diary - ednews.net

29 Oktyabr, Cümə axşamı


"Makron, sənə nə demişdim? Türkiyəyə tarix dərsi vermə, biz sizi Əlcəzairdən , Liviyadan tanıyırıq" - Ərdoğan

Siyasət A- A A+

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Makronun onun haqqında dedikləri fikrə cavab verib.

Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir ki, Makron “bizim problemimiz türk milləti ilə deyil, bizim problemimiz  Ərdoğanla, Ərdoğanı devirməyimiz lazımdı”, sözlərini ifadə edib.

“Makron sənin zamanın az qaldı, gedəcəksən. Mən sənə bir neçə il əvvəl nə demişdim? Bir telefon danışığımızda, bax tarix biliyin heç yoxdu, öncə tarixi öyrən demişdim sonra Türkiyəyə tarix dərsi vermə”, Ərdoğan söyləyib.

“Biz sizi Əlcəzairdən tanıyırıq. Bir milyon Əlcəzairlini, 800 min Ruandalını siz öldürdünüz. Biz sizi Liviyadan tanıyırıq. Yüz minlərlə Liviyalını siz öldürdünüz. Bizə insanlıq dərsi verə bilməzsiniz. Biz Osmanlı olaraq buraya gedəndə barışıq əldə etdik, oraya çatanda insanlığı seçdik. Əvvəlcə öyrənin. Əlbəttə ki, həzm edə bilmir, onun üçün dəli olurlar”, Ərdoğan əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...