"İran ABŞ-ın hər hansı xətasına uyğun cavab verəcək" | Eurasia Diary - ednews.net

22 Oktyabr, Cümə axşamı


"İran ABŞ-ın hər hansı xətasına uyğun cavab verəcək"

Siyasət A- A A+

İran hökumətinin mətbuat katibi Əli Rabieyi ABŞ Prezidenti Donald Trampın İranı hədələyən Tvitter paylaşımına cavab verib.

Eurasia Diary Mehr agentliyinə istinadən xəbər verir ki, Rabieyi ABŞ Prezidentin bu bəyənatının düzgün informasiya əsasında deyil yanlış hesabatlara dayandığını bildirib.

“ABŞ rəsmilərinin keçmişdəki kimi İraq və Əfqanıstan müharibəsinə səbəb olan təhrif olunmuş məlumatlara əsaslanaraq söylədiklərini görmək bizi üzür" o, deyib.

Onun sözlərinə görə ABŞ hakimiyyəti xüsusən də hazırkı prezident regional sülhü pozmağa çalışır.

Qeyd edək ki, Donald Tramp İranı hücum edəcəyi təqdirdə 1000 qat ağır zərbə ilə hədələyib.

"Biz ümid edirik ki, ABŞ başqa bir strateji xətaya yol verməz, çünki əks təqdirdə İran uyğun cavab verəcək”, deyə Rabieyi söyləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...