Nikol Paşinyan Azərbaycanın münaqişəni güc yolu ilə 24 saata bitirəcəyinə inanmır | Eurasia Diary - ednews.net

23 Oktyabr, Cümə


Nikol Paşinyan Azərbaycanın münaqişəni güc yolu ilə 24 saata bitirəcəyinə inanmır

Siyasət A- A A+

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın güc yolu ilə münaqişəni həll edəcəyi fikrinin yanlış olduğuna inanır.

Eurasia Diary Ermənistanın Aysor saytına istinadən xəbər verir ki, dünən Paşinyan Milli Məclisdə bu barədə söyləyib.

“Bizim danışıqlar prosesində prinsiplərimiz var, lakin biz qeyd etmişik ki, bu prinsiplər ilkin şərt xarakterli deyil, biz qeyd etmişik ki, bu məsələlər həll olunmayana qədər danışıqlara getməyəcəyik, çünki bu məsələlər həll olunmasa danışıqlara ehtiyac yoxdur”, deyə Paşinyan bildirib.

O, Azərbaycan tərəfinin Qarabağın Azərbaycan torpağı olmalıdır kimi ilkin şərtlərinin olduğunu deyib.

“Mənim başa düşdüyüm budur”, Paşinyan deyib.

“Düşünürəm ki, beynəlxalq cəmiyyətin Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmalı olması ilə bağlı mövqeyi açıqdır, lakin İyul toqquşması bu məntiqi dəyişdi. Biz deyirik ki, siz Ermənistan və Qarabağ ilə güc dili ilə danışa bilməzsiniz, Azərbaycan isə bu yolla məsələni 24 saata həll edə biləcəyini deyib. Amma görünən odur ki, Azərbaycan yanlışdır, biz isə doğru”, Paşinyan fikrini tamamlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...