Türkiyə ilə Rusiya Liviyada razılıq əldə etməyə çox yaxındır - Çavuşoğlu | Eurasia Diary - ednews.net

23 Oktyabr, Cümə


Türkiyə ilə Rusiya Liviyada razılıq əldə etməyə çox yaxındır - Çavuşoğlu

Siyasət A- A A+

Türkiyə Xarici İşlər naziri Mövud Çavuşoğlu Rusiya ilə Liviyada atəşkəsin əldə olunması və siyasi proseslərə dair razilıq əldə olunmasına çox yaxın olduqlarını bildirib.

Eurasia Dairy xəbər verir ki, bu barədə Çavuşoğlu CNN Türk-ə açıqlamasında söyləyib.

Ankara və Moskva Liviya münaqişəsində əsas güc mərkəzlərindəndir. Türkiyə Tripolidə yerləşən və beynəlxalq səviyyədə tanınan Milli Razılıq Hökumətini, Rusiya isə Tobrukda yerləşən və Xəlifə Həftarın rəhbərlik etdiyi Liviya Milli Ordusunu dəstəkləyir.

Türkiyə Ankarada Rusiya nümayəndələri ilə görüşdən çox ümidlidir eyni zamanda Rusiya isə Türkiyəyə Şərqi Aralıq gərginliyində vasitəçilik təklifi də irəli sürüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...